0
Tuesday 1 February 2011 - 23:19

Misir və digər ölkələrdə İslami oyanış dalğası

Story Code : 52918
Misir və digər ölkələrdə İslami oyanış dalğası
Misir və digər ölkələrdə İslami oyanış dalğası
Böyük rəhbərlik məqamının Misir və Misirdə hakim rejim haqqında baxışı
Müsəlman Misir xalqı və bu məmləkətin gəncləri öz vəzifələrini yaxşı dərk edirlər. Onların daim İslam ideallarına, Fələstinin azadlığına, İslam məmləkətlərinə xəyanət edən rejimlə baş-başa dayanmasının İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur.
Cənab Ayətullah Xamenei öz rəhbərlik dövrünün əvvələrindən Misir xalqı haqqında xoş sözlər demiş, bu ölkənin mübariz gənclərini ABŞ və Qərbə xidmət edən prezidentlə mübarizəyə çağırmışdır. Böyük rəhbər illərlə öncə Misirdə baş verəcək hadisələri proqnozlaşdıraraq buyurmuşdur: “Qeyrətli Misir xalqı İslam tarixində mühüm rolu olmuş bir xalqdır. Onların iftixar yaradan mübarizə yolu var. Buna görə də onlar hakim rejimin xəyanətlərinə dözməyərək ayağa qalxacaqlar.”
Böyük rəhbərlik məqamı şəmsi 1371-ci il aban ayının 27-də bəsic komandanları ilə görüşdə belə buyurub: “Mən nigaranam ki, məntəqənin ərəb dövlətləri Amerikanın yalanına uya bilərlər. Onlar öz xalqlarını düşünməlidirlər. Əgər məntəqənin ərəb dövlətləri Amerikanın şeytani tövsiyələrinə uysalar, öz millətləri ilə aralarında ola fasilə daha da artacaq. Xalq bizimlədir, İslamladır. Onlar İslam Respublikası deyib haray çəkirlər. Misirə yaxşı baxın. Bir qrup gənc, bir qrup müsəlman xalq ayağa qalxaraq islami şüar deyirlər. Adi halda onlarla bizim xalq arasında rabitə yoxdur. Amma onların şüarları eynən bizim şüarlar kimidir. Bədbəxt prezidentləri deyir ki, onları İran təhrik edir. Bizim onlarla nə əlaqəmiz var? Onlar müsəlmandırlar və Quran şüarı deyirlər. Özləri başa düşürlər ki, Allah yolunda fəryad çəkib hərəkət etməlidirlər. Necə ki, İran xalqı zalım şah rejimi dövründə Amerika və dünya imperializmi qarşı haray çəkdi.
Xalqların qəlbi İslam Respublikası ilədir. Qafil və üzüqara adamlar elə düşünürlər ki, onları təhrik edən İrandır. Hansı təhrik?! Biz onları necə təhrik edə bilərik?! Biz İslam şüarı deyirik, İslam bayrağı qaldırmışıq. Hər kimin qəlbində İslam sevgisi varsa, təbii olaraq bu bayraq altına gəlir.”
Cənab rəhbər sözünün davamında müsəlman Misir xalqının İslam şüarları altında mübarizəsinə işarə ilə buyurdu: “Misir xalqının şüarları ilə bizim şüarlar yaxın olduğundan onların üzüqara prezidenti iddia edir ki, Misirin müsəlman gəncləri İran tərəfindən qızışdırılır. Bu yalandır və biz kimsəni təhrik etmirik. Sadəcə, İslam Respublikasının adı və İranın müsəlman xalqı İslam bayrağını ucaltdığından müsəlman dünyasında əziz olub. Bu başucalığa görə bəsici ruhiyyəsi, mübarizə əhvalı cihad və fədakarlıq istəyinə borcluyuq.”
Cənab rəhbər şəmsi 1373-cü il tir ayının 29-da bir çıxışında deyib: “Siz özünüz deyirsiniz ki, İran İslam İnqilabının şüarları Misir, Əlcəzair və başqa ölkə xalqlarını ayağa qaldırıb. Bizim bu ölkələrdə hüzurumuz, onlarla əlaqəmiz yoxdur. Həmin məmləktlərə nüfuz edən bizim sözümüz və düşüncəmizdir. Siz özünüz deyirsiniz ki, İran İslam İnqilabının ideyaları Qərb və bütün super güclər üçün böyük təhlükədir. Demək dünyaya yayılıb ürəkləri alovlandıran bizim düşüncəmizdir. Qərb dövlətləri qorxudan bizim fikirlərimizi öz ölkələrində yayılmağa qoymurlar. Amma fikirlər nüfuz edir. Belə bir vəziyyətdə terrora nə ehtiyac?! Bizim hər nədən iti və kəsici düşüncə silahımız var.” Müsəlmanların vəliyyi-əmri şəmsi 1375-ci il aban ayının 18-də məmləkətin müxtəlif zümrələrindən olan insanlarla görüşdə müsəlman dünyasını İslam İnqilabının bərəkəti ilə oyandığını qeyd edərək dedi: “Onlara nə isə demək, təşviq etmək, irəli vermək lazım deyil. Onlar özləri yaxşı bilirlər. Bu gün Fələstin gəncləri yaxşı anlayırlar ki, xoşbəxtlik yolu və müsəlmanlıq nədir. Əlbəttə ki, bütün İslam dünyasında möminlərin qəlbi onlarladır. Onlarla həmdərdlik təkcə İrana aid deyil. Misirə də, Afrikaya da, Asiyaya da, Orta Şərqə də getsəniz, eyni vəziyyətdir.”
Cənab rəhbər şəmsi 1372-ci il ordibehişt ayının 8-də ərəb dövlətlərinin sionist rejimlə müzakirə mizi arxasında əyləşməsini xalqdan uzaqlaşma amili kimi qiymətləndirdi. Böyük rəhbərlik məqamı onların həmkarlığının xalqın nifrət və qəzəbinə səbəb olacağını dilə gətirərək buyurdu: “Misir rejiminin rəhbəri bir yolçu kimi Amerika prezidentinə əl uzadıb İrandan şikayətlənir. Amma o İrandan yox, İslam və müsəlman xalqından şikayətlənməlidir. Qeyrətli Misir xalqının mühüm tarixi keçmişi var. Onlar iftixarlı mübarizə yolu keçmiş və müasir İslami təfəkkür ortaya qoymuşlar. Şübhə yoxdur ki, bu xalq rejim başçılarını qəbul etmir. Onlar bu xəyanətkarlarla baş-başa gəlirlər. Misir xalqı və Misir gəncləri öz vəzifələrini yaxşı dərk ediblər. Onlar İslam idealları, Fələstinin azadlığı və İslam dünyasına xəyanət edən hökumətləri ilə mübarizədədirlər və bunun İslam Respublikasına heç bir aidiyyatı yoxdur.”
Böyük rəhbərlik məqamı İran İslam Respublikasının banisinin vəfatının 14-cü il dönümündə qeyrətli Misir gənclərini himayə edərək belə buyurdu: “İslam Respublikası bu əqidədədir ki, bütün İslam dünyasında milyonlarla gənc və azad insan işğalçı Amerikaya qarşı qəzəblidirlər. Siz onları terrorist saya bilməzsiniz. İraqda, Misirdə, Ərəbistanda, Şimali Afrikada, Pakistanda və Əfqanıstanda milyonlarla insanı terrorist adlandırmaq olmaz.” 

Davamı var...
Comment