0
Friday 15 July 2011 - 19:43
“Əl-ərəb əl-yəvm” - təhlil:

Qərbin ərəb inqilabına nüfuzu və inqilabçıların ayıqlıq zərurəti

Story Code : 85249
Qərbin ərəb inqilabına nüfuzu və inqilabçıların ayıqlıq zərurəti
Qərbin ərəb inqilabına nüfuzu və inqilabçıların ayıqlıq zərurəti
“IslamTimes” “Mehr” xəbər agentliyinə istinadən İordaniyanın “Əl-ərəb əl-yəvm” qəzetindəki bir məqalədən yazır. Məqalənin müəllifi Rəhil Ğəraibə ərəb inqilabları ilə bağlı belə qeyd edir: “Müasir tarixində ağ səhifə yazmaq qərarında olan ərəb millətləri çox böyük fitnəkarlıqlarla üzbəüzdürlər. İstibdad rejimindən qurtulmaq istəyən ərəblər daxildə və xaricdə düşmənlərin təxribatlarından əziyyət çəkirlər.”

“Əl-ərəb əl-yəvm” qəzetində dərc olunmuş məqalədə ərəb xalqlarına xəbərdarlıqla belə vurğulanır: “Millətlər daxildə və xaricdə fəaliyyət göstərən inqilaba düşmən qüvvələrin hiylələrindən və fitnəkarlıqlarından qəflətdə qalmamalıdırlar.”

Məqalə müəllifi ərəb inqilablarından zərər çəkənləri dörd qrupa ayırır:

1. Hakimiyyətə qeyri-qanuni yolla gəlmiş rejimlər. Bu istibdad rejimləri bütün
qrum və təşkilatlara nəzarəti ələ alaraq yalnız özləri qərar çıxarırlar. Onlar millətlərin rəy və gücünü zəiflətmişlər. Bu müstəbid rejimlər var gücləri ilə inqilablarla vuruşur və azadlıq hərəkatlarını boğmağa çalışırlar. Onlar bu işdə həm güc, həm də təbliğatdan istifadə edirlər. Onların təxribat yollarından biri də fitnəkarlıq, inqilab rəhbərləri arasında ixtilaf yaratmaqdır.

2. Yaranmış vəziyyətdən faydalanmağa çalışan qüvvələrdən biri də əlindəki imkanlardan istifadə edərək imtiyaz əldə etməyə çalışan qüvvələrdir.

3. Bu qüvvə ərəb dünyasında nüfuz sahibi olan xarici dövlətlərdən ibarətdir. Bu dövlətlərdən bir çoxu inqilablardan vaxtında xəbər tuta bilmədi. Xüsusi ilə Tunis və Misir inqilablarının qələbəsi onlar üçün gözlənilməz oldu. Onlar digər ərəb ölkələrində ciddi fəaliyyətə başladılar
və hər yolla yaranmış vəziyyəti dəyərləndirmək üçün vaxt qazanmağa çalışdılar.

Bu dövlətlər məntəqəyə nüfuz üçün aşağıdakı yollardan bəhrələnirlər:

a) İnqilabları formal dəstəkləməklə ictimai fikirə hakim olmağa çalışırlar. Onlar zahirdə mövcud rejimləri xalqın tələblərinə cavab verməyə çağırırlar.

b) Beynəlxalq dəstək adı altında ərəb dövlətlərinə müdaxilə. Məsələn, zəngin neft ehtiyatlarına malik olan Liviyaya NATO qüvvələrinin yeridilməsi bu üsulun bir nümunəsidir.

c) Başqa dünya ölkələrində informasiya müharibəsi aparmaq, eyni zamanda müəyyən ölkələrin hesablarını dondurmaq.

d) Digər ölkələrdə də çalışırlar ki, ərəb xalqlarının öz haqqlarını əldə etməsi ilə bağlı tövsiyələrlə kifayətlənsinlər.

4. Ərəb inqilablarının əsas düşmənlərindən biri işğalçı sionist rejimi, İsraildir.
Ərəb inqilablarında ən böyük zərər görən elə İsrail olub. Əgər ərəb dövlətləri həqiqi müstəqillik əldə etsələr Fələstin məsələsində vahid mövqe nümayiş etdirəcəklər, işğalçılığa etiraz edib, İslam müqəddəsliklərinin müdafiəsinə qalxacaqlar. İsrail bu fəlakətli problemdən yaxa qurtarmaq üçün müxtəlif hiylələrə əl atır. Yaxın keçmişdə sionistlər Parisdə Suriya xalqının himayəsi devizi altında konfrans keçiriblər. Bu konfransda bütün fəal sionistlər bir araya gəliblər.

“Əl-ərəb əl-yəvm” sonda belə vurğulayır: “Ərəb inqilabçıları ayıq olmalıdırlar ki, sionistlərin və digər super dövlətlərin oyuncağına çevrilməsinlər. Düşmən ərəb dövlətlərinin daxili işinə müdaxilə etməklə inqilabın müqəddəs ideallarını hədəfə almışdır. 

"IslamTimes" - Tərcümə şöbəsi

Comment