0
Friday 2 November 2012 - 00:57

İranın hərbi gəmiləri Sudan sahilində

Story Code : 208388
İran gəmilərinin Sudan sahilində lövbər salması İsrailin həmin ölkədə hərbi silah və sursat istehsal edən bir zavodu bombardman etməsindən bir həftə sonraya təsadüf edib. İran hökuməti hərbi gəminin Sudana göndərilməsini Tehranın qonşu ölkələrə sülh və dostluq mesajının çatdırılması və dəniz quldurları qarşısında dəniz yollarının təhlükəsizliyinin qorunması ilə əlaqələndirsə də, Sudan müxalifəti bu iddianı təkzib edib.

Sudan müxalifəti bəyanat yayaraq bildirib ki, İsrailin oktyabrın 23-də bu ölkədə bombaladığı silah zavodu İran İslam İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsusdur və İran hərbi gəmisinin bu ölkəyə gəlməsi də bununla bağlıdır. Rəsmi Xartum müxalifətin bu iddiasını təkzib edib.

İsrail rəsmiləri isə mediaya açıqlamalarında bildiriblər ki, Sudan hökuməti İranın himayəsində olan Fələstin təşkilatlarının hərbi silah və sursatla bağlı ehtiyacını təmin edir, onlara dəstək verir.
Source : İslamtimes,Mediaforum
Comment