0
Friday 8 August 2014 - 01:51

Moskvada İsrail vəhşiliyinə qarşı mitinq

Story Code : 403652
  • Moskvada İsrail vəhşiliyinə qarşı mitinq

Paytaxtın mərkəzindəki Qorkiy adına Mədəniyyət və İstirahət Parkında izdihamlı mitinq təşkil edilib. Jurnalistlərin, ictimai və siyasi xadimlərin, milli təşkilatların fəalları və, nəhayət, adi moskvalıların iştirakı ilə baş tutan tədbirdə İsrailin Fələstin xalqına qarşı törətdiyi soyqırıma və dinc sakinlərin bombalanmasına son qoyulması tələbi səsləndirildi.

Mitinqdə İsrail rejiminin təcavüzkar ordusu tərəfindən öldürülən 2000-ə yaxın dinc sakinlərin adları yazılmış lövhə, müxtəlif şüarları özündə əks etdirən plakatlar və İsrail vəhşiliyini sübut edən fotoşəkillər mitinq iştirakçılarının əlindən düşmürdü.

Tədbirdə çıxış edən Rusiya İslam Komitəsinin sədri Heydər Camal, yazıcı, publisist Aleksandır Proxanov və başqaları İsrailin Fələstində törətdiyi zülümkarlığı xüsusi vurğuladılar. Dinc əhalinin qırıldığı və hazırda Qəzzada humanitar böhranın yaşanıldığı bildirildi. Mitinqdə çıxış edən Fələstinin Rusiyadakı səfiri Faed Mustafa isə İsrailin dünya birliyinin, BMT-nin qərarvə qətnamələrini heçə saydığını və Qəzza zolağında heç bir beynəlxalq hüquqa sığmayan hərbi cinayətlərini iştirakçıların nəzərinə çatdırdı.

Mitinqdə uşaqların üzərlərində gəzdirdikləri “Mən hədəf deyiləm!” şüarlı fotoşəkillər isə Fələstində həlak olan körpələrin sanki səsini təcəssüm etdirirdi./http:/nteraztv/
Comment