0
Monday 23 March 2015 - 23:45

Yəməndəki terror hadisəsinin 52 yaralısı İrana köçürülüb

Story Code : 449608
Yəmən terror hadisəsinin 52 yaralısı İrana gəlib və İran xəstəxanalarında müalicə üçün qəbul olunub.

Səhər kanalının məlumatına görə, bu gün səhər Yəmən terror hadisəsinin 52 yaralısı İrana gəlib və İran xəstəxanalarında müalicə üçün qəbul olunub.

Yəmənə göndərilimiş könüllü tibb qrupunun başçısı Süleyman Heydəri bu barədə müxbilərə belə deyib: Müxtəlif ölkələr yardım göstəriblər və İran İslam Respublikası da zəiflərə və inqilabçı xalqlara yardım istiqamətində bu sahədə köməklik edibdir.

O, sonda qeyd edib ki, iranlı tibb heyəti 6 nəfərdən ibarət olub və onların hamısı yəmənli yaralılarla İrana geri dönüb. O, əlavə edib: Yaralıların sayının çox olması və Yəməndə onların müalicəsi üçün imkanların olmamasına görə, İran və Oman kimi bir sıra ölkə yaralıları qəbul etməyə öz hazırlığını elan etdi ki, onlardan təqribən 40 nəfər Omana getdi, 52 nəfər də İrana gəldi. O, digər ölkələrin də yaralıları qəbul etməyə hazır olduqlarını bildirdiklərini qeyd edib: Ərəbistan da öz hazırlığını bildirdi, amma yəmənlilər bu məsələni qəbul etmədilər, zira Ərəbistan Yəməndə ikili rol oynayır.
Source : Farsnews,IRIB
Comment