0
Friday 20 January 2012 - 17:20

Dövlət və hökumət qurumlarında namaz

Story Code : 131824
Dövlət və hökumət qurumlarında namaz
Dövlət və hökumət qurumlarında namaz
“Media forum” saytı dövlət və hökumət qurumlarının sözçülərinə sualla müraciət edib: iş yerində inanclı əməkdaşlarınıza namaz qılmaq şəraiti yaradılıbmı?

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli: - Din dövlətdən ayrıdır. Dövlət idarəsində nə din?

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu:
- Hər bir əməkdaşımız ibadət məsələsində sərbəstdir. Amma namaz qılmaq üçün xüsusi otağımız yoxdur. İnanclı şəxslər ibadətlə iş otaqlarında məşğul olur.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev:
- Nazirlikdə xüsusi ibadət otağı mövcud deyil. Amma ibadət hər bir kəsin şəxsi işidir.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov: - İbadət üçün xüsusi otağımız yoxdur. Amma namaz qılmaq qadağan olunmayıb. Bu məsələ hər bir insanın şəxsi işidir. Namaz qılmaq istəyən əməkdaşımız işlədiyi otaqda ibadət edə bilər.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev: - Ayrıca ibadət otağımız yoxdur. Ola bilsin, hansısa əməkdaşlar öz otaqlarında namaz qılır.

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova: - Xüsusi ibadət otağımız yoxdur. Əməkdaşlarımız belə bir istəklə müraciət etməyib. İbadətə hər hansı qadağa isə qoyulmayıb.

Mədəniyyət və Turizim Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov: - Dövlət idarəsində ibadət üçün xüsusi ayrılmış yer ola bilməz. Ola bilsin, hansısa əməkdaşımız işlədiyi otaqda namaz qılır. Bu barədə dəqiq məlumatım yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Saleh Aslanov:
-Əməkdaşlarımız ibadətlə sərbəst məşğul ola bilər. Amma namaz qılmaq üçün xüsusi otaq yaradılmayıb. Hər bir inanclı əməkdaşın iş otağında namaz qılmaq imkanı var.

Kamilə MƏHƏRRƏMOVA
Source : Media forum
Comment