0
Wednesday 1 February 2012 - 07:19

Azərbaycanlı gənc: Dövlətlər gəncləri ciddi qəbul etməli və onların istəklərini dərk etməlidir

Story Code : 134589
Azərbaycanlı gənc: Dövlətlər gəncləri ciddi qəbul etməli və onların istəklərini dərk etməlidir
Azərbaycanlı gənc: Dövlətlər gəncləri ciddi qəbul etməli və onların istəklərini dərk etməlidir
Azərbaycan Respublikası İslam Partiyasının üzvü dedi: "Region xalqının oyanışı və onların hərəkatı dini hədəflə başlayıb, var gücü ilə öz yolunu davam etdirir və dünyanın hər yerinə yayılır".

"Arannews"in "İRNA"-ya istinadla verdiyi xəbərə görə Elşən Orucov "Gənclər və İslami Oyanış" Beynəlxalq Konfransı haşiyəsində İRNA-ya müsahibəsində dedi: "Orta Şərq və Şimali Afrikada baş verən hadisələr ərəb baharı yox, islami oyanışdır. Çünki islami oyanışın hədəfi müsəlmanların vəziyyətinin yaxşılaşması və onların qanuni istəklərinin həyata keçməsidir".

Orucov vurğuladı: "Əgər dövlətlər öz xalqlarını başa düşsələr və hökumətlər də digər dövlətlərin əmrinə bağlı yox, xalq tərəfindən seçilmiş rəhbərlərin əlində olsa, regonda müsəlman xalqlar üçün aydın gələcək təsəvvür etmək olar".

Azərbaycan Respublikasının bu gənc mütəfəkkiri İran İslam Respublikasının məntəqədəki islami hərəkat və dəyişikliklərdəki rolunu önəmli vəsf edərək, açıqladı: "İran İslam Respublikası bu ölkədə İslam İnqilabını təcrübə etdiyindən məntəqədəki islami hərəkat və dəyişikliklərdə birinci dərəcəli rəhbərdir".

Elşən Orucov həmçinin, İran İslam Respublikasının hazırda məntəqədəki dəyişikliklərdə, islami oyanışda və onun irəliləməsində rolunu və bunları birbaşa öhdəsinə aldığını vurğuladı.

O, bu hadisələrdə gənclərin də rolunu həlledici adlandıraraq dedi: "Əgər dövlətlər gəncləri ciddi qəbul etsələr və onların istəklərini dərk etsələr, gənclərin də elmlə yanaşı dindarlığı olsa, İslam aləminin çiçiklənməsi yolunda möhkəm və dəyərli addımlar ata bilərlər".

Orucov "Gənclər və İslami Oyanış" Beynəlxalq Konfransını təşkil edən İran rəsmilərinə öz təşəkkürünü bildirməklə yanaşı, bu konfransın rolunu islami oyanışın irliləməsində və gələcək dəyişikliklərin real perspektivində İslam ölkələri alim və ziyalılarının öz nəzərlərini bəyan edə bilmələri üçün dəyərli olduğunu bildirdi.

"Gənclər və İslami Oyanış" Beynəlxalq Konfransı bazar günü Prezident Mahmud Əhmədinejad,Ümumidünya İslami Oyanış Assambleyasının baş katibi və Ali dini rəhbəri Ayətullah Xameneinin xarici məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dünyanın 73 ölkəsi və İran İslam Respublikasından 1300 nəfər gənc alim və mütəfəkkirin iştirakı ilə 2 günlüyə öz işinə başlamışdır.
Source : arannews
Comment