0
Tuesday 20 March 2012 - 00:56

"22 Casusu həbs edənlər 7 İldir ki, Emar Hüseynovun qatilini tapa bilmirlər"

Story Code : 146936
"22 Casusu həbs edənlər 7 İldir ki, Emar Hüseynovun qatilini tapa bilmirlər"
"22 Casusu həbs edənlər 7 İldir ki, Emar Hüseynovun qatilini tapa bilmirlər"
Artıq rəsmi Tehran bir ayda 3 dəfə Azərabaycana qarşı nota verərək xəbərdarlıq edib. Lakin xəbərdarlıqlara nəzər etsək görərik ki, hər bir nota və xəbərdarlıq azərbaycanlı rəsmilərin iranlı həmkarları ilə görüşündən bir müddət sonra baş verib. Eyni halda, görüşlər zamanı münasibətlərin çox yüksək və qardaşlıq səviyyəsində olması ilə bağlı fikirlər səsləndirilir. Nəhayət müdafiə naziri Səfər Əbiyevin İran səfəri, bundan bir gün sonra MTN-nin 22 nəfərlik dəstəni zərərsizləşdirməsi ilə bağlı yaydığı bəyanat və İranın növbəti notası. İran və Azərbaycan arasında son vaxtlar baş verən gərginliklərlə bağlı FaktXeber.com-un suallarını cavablandıran “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu maraqlı fikirlər səsləndirib.

- Ərəstun bəy, sizcə iki ölkə arasında baş verən bu ziddiyyətlər nədən doğur? Nəzərə alsaq ki, İran tərəfi bunu Azərbaycan hakimiyyətinin daxilindəki ikitirəlik kimi dəyərləndirir?

- Hesab edirəm ki, Bakı-Tehran münasibətlərində çox ciddi problemlər var. Bu gərginliklər hər zaman olub. Lakin problemlərin aradan qaldırılmasının qarşısını alan obyektiv və subtektiv səbəblər mövcuddur. Obyektiv səbəblər təbii ki, İran ətrafında beynəlxalq təzyiqlərin artması ilə bağlıdır. İrana qarşı nüvə proqramı ilə bağlı yönəlmiş təzyiqlərdən Azərbaycan qonşu ölkə kimi kənarda qalması və neytral mövqe tutması mümkünsüzdür. Sonuncu dəfə 22 nəfər dəstənin zərərsizləşdirilməsi ilə bağlı ABŞ səfirini əvəz edən Adam Sterlinqin də təbriki eşidildi. Buna əsasən demək olar ki, iki ölkə arasındakı gərginliklər üçün xarici amillərin çox böyük rolu vardır. Deyilənlər və digər məsələlərin hamısı obyektiv səbəblərdir. Eyni halda, iki ölkə arasındakı gərginliklərin bir sıra və çox ciddi subyektiv səbəbləri də vardır. Subyektiv səbəblərdən biri həmin münasibətləri rəqabət üzərində qurmaqla, bundan həm daxili, həm də ki, xarici siyasət üçün divident götürmək istəyidir. Bu gün İranda prezident Əhmədinejat tərəfdarları seçkiləri uduzub. Hazırda İranda hakimiyyətdə olan və uzun müddətdir
ki, ölkəni idarə edən Sepaha müəyyən gərginliklər lazımdır. Bunun üçün xarici amillərdən istifadə edilir. Eyni halda, baş verənlər Azərbaycanın xarici siyasəti ilə bağlıdır. Azərbaycan artıq öz xarici siyasətini müəyyən etmək istəyir. Əgər imitasiya deyilsə, Azərbaycan hakimiyyətində Qərbə tərəf meyllənmək müşahidə edilir. Görünür hakimiyyət anti-iran mövqe nümayiş etdirməklə və İranın təzyiqlərini Qərbə göstərməklə, Avropaya olan inteqrasiya prosesini ölkədə islahat aparmadan həyata keçirmək istəyir. Qərbin əsas tələblərindən biri ölkə daxilində islahatların həyata keçirilməsidir. Azərbaycan tərəfi də Tehranın təzyiqlərini bayraq edərək Qərbə göstərmək istəyir ki, biz bu şəraitdə necə isahatlar apara bilərik. Hesab edirəm ki, ən ciddi subyektiv amillər bunlardır.

- Sonuncu dəfə həbs edilən 22 nəfərlik şəbəkə ilə bağlı nə deyə bilərdiz?

- Məhkəmə qərarı olmadan casus açıqlaması ilə bağlı şərh vermək istəmirəm. Lakin bir şeyi deməyi özümə borc bilirəm ki, mənim təsəvvürümə görə dünya praktikasında bu cür kütləvi casus dəstələri yalnız və yalnz Stalinin SSRİ-sində və Hitler Almaniyasında baş verib. Casuslar heç vaxt kollektiv müzakirələr keçirmirlər ki, onları belə topdansatış şəklində həbs edəsən. Mən Azərbaycan hüquq mühafizə və təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlara şübhə edirəm. Bununla bağlı əlimdə çox ciddi əsaslar var.

Necə olur ki, 22 casusu həbs edənlər 7 ildir ki, Elmar Hüseynovun qatilini tapa bilmirlər? Necə olur ki, 22 casusu həbs edənlər 4 aydır ki, Rafiq Tağının qatilini tapa bilmirlər? Bu suallar əsas verir ki, baş verənlərin səmimi olmasına xeyli şübhə ilə yanaşım. Lakin hesab edirəm ki, Azərbaycan İranla münasibətlərini aydınlaşdırırsa, bu tipli əməliyyatlar ölkənin əleyhinə yönəlmiş hərəkətlərdir. Çünki nəticədə ziyan çəkən Azərbaycan vətəndaşlarıdır. Digər tərəfdən, vətəndaşların etimadını itirən də dövlət orqanlarıdır. Gərginlik isə Azərbaycan cəmiyyətində yaranır. Məncə bu haqda düşünməyə dəyər.
Source : faktxeber
Comment