0
Tuesday 8 May 2012 - 23:00

HİCAB məhbusundan müsahibə

Story Code : 160170
HİCAB məhbusundan müsahibə
HİCAB məhbusundan müsahibə
Hacı Tale Bağırovla müsahibədən: “Sivil və dinc xarakter daşıyan aksiyalar totalitar rejimlərin sütunlarını silkələyir”. Azadxeber.az saytının müxbiri 2011-ci ilin may ayının 6-sı “Hicaba Azadlıq” şüarı altında keçirilən etiraz aksiyasında iştirak etmiş və həbs edilmiş ölkənin tanınmış ruhanisi, hicab məhbusu Hacı Tale Bağırovla görüş keçirib. Müxbirimiz görüş zamanı Hacı Tale Bağırova 6 May aksiyası, dindarlara qarşı olunan represiyalar və hakimiyyətin İslam dininə qarşı olan islamofob addımları ilə əlaqədar olaraq suallar ünvanlayıb.

Müsahibənin tam mətinin sizlərər təqdim edirik.

Sual: Hacı dindarların 2011-ci il 6 may günü keçirdikləri dinc etiraz aksiyası topluma və dindar kəsimə nə verdi?

Cavab: Bismillahir Rəhmanir Rəhim

Əvvəla onu bildirmək istəyirəm ki, 6 may aksiyasının nə özü, nədə tarixi təsadüfü olmamışdır. Bildiyimiz kimi 2011-ci ilin 7 mayında Həzrəti Fatimeyi Zəhra (s.ə)-nın şəhadət günü idi. 6 may isə cümə günü olduğundan aksiya həmin gün üçün seçilmişdir.

İmam Əli (ə) buyurmuşdur ki, “Ey cavanlar! Şərəfinizi tərbiyənizlə, ədəbinizlə, dininizi isə biliyinzlə qoruyun”. Təəsüflər olsun ki, son zamanlar dünyada baş verən arzuolunmaz ictimai-siyasi hadisələrin nəticəsində İslam dini bir çox fəsadlara, hücumlara, təpkilərə məruz qalır və bütün bunlar nə qədər acı olsada hamımızın gözü qarşısında Azərbaycanda da baş verməkdədir. Bax bu zaman bütün iman sahibləri susmamalı və ayağa qalxmalıdırlar, necə ki, “Hicaba” qarşı olan təcavüzə dözülmədi. Allahın işarəti sayılan “Hicaba” olan təcavüz müsəlmanları, xüsusəndə möminləri birləşdirərək öz haqq səslərini ucaltmağa yönəltdi. Eyni zamanda Azəri müsəlmanlar sübut etdi ki, o öz dinini, imanını, namusunu qorumaq üçün heç bir zülmün qarşısında susmayacaq, haqqsızlıqla barışmayacaq və zillətdə yaşamayacaqdır. Bununla yanaşı qeyd etmə istəyirəm ki, Allahın izni ilə öz haqqlarını tələb etmək istəyən müsəlmanlar, zalım rejimin din pərdəsini sivil və dinc aksiya ilə yırtmağı bacardı.

Sual: Bəzi dindarlar bu aksiyanın yersiz, düşünülməmiş addım və hətta radikal bir addım adlandırırlar. Bu haqda sizin rəyiniz nədir?

Cavab: Bilirsiniz, tarix sübut edir ki, öz mənafeləri naminə dinini, əqidəsini ayaqlar altına atan insanlar hər zaman olub. Lakin bu cür fərdlər heç zaman dinimizi aşağılaya bilməyiblər. Qətiyyətlə bildirirəm ki, Azəri müsəlmanlar və möminləri tərəfindən keçirilmiş 6 may “Hicaba Azadlıq” şüarı ilə keçirilmiş dinc və sivil aksiya olduqca əhəmiyyətli, imanı olan hər kəs üçün önəmli bir hadisə kimi tarixdə öz sözünü dedi. Bu aksiyanın düzgün olmasını sübut edən başqa amillər və faktlar mövcuddur. Beləki, 6 may aksiyasından sonra çox təşkilatlar, ayrı-ayrı insanlar tərəfindən hakim totalitar rejimə yazılan xahiş və müraciətlərə yox cavabı, onsuzda İslam mədəniyyətinə yad olan bu xahişlərin iflası bir daha sübut etdi ki, artıq dinimizi bu rejimin səlahiyyətinə etibar edə bilmərik. Heç bir mərhəmət sahibi olmayan bu kəslər elə dinimizə qarşı çıxanlardır. Bütün bu hallar isə bir daha təsdiq edir ki, 6 may aksiyası tam məntiqə uyğundur, düzgün və ağıllı bir əməldir. Təbii ki, əgər bu cür aksiyalar bizim həbsimizdən sonrada davamlı olsaydı, o zaman mütləq müsəlmanların haqqları qisməndə olsa bərpa ediləcəkdi. Əfsuslar olsun ki, bəzi dini cevrələrin zalım rejimdən xahiş etmələri və bu əmələ İmam Həsən (ə)-ın sülhü donu geyindirməsi dindarların haqq tələb etmə ruhiyyəsini zəiflətdi və dindar kəsimdə süstlük, zəiflik böyük rol oynamağa başladı. İslam tarixindən xəbəri olmayanlar və yaxud olub amma gizlədənlər bilməlidirlər ki, İmam Həsən (ə)-ın sülhünün bəndlərində tələbdən özgə bir şey olmayıb. İmam sülh imzalayanda şərtlər irəli sürüb və o şərtlər xahişdən deyil tələbdən ibarət olub. Ümumiyyətlə zalımdan xahiş etmə mədəniyyəti İslam Peyğəmbərinin və onun pak Ailəsinin bizlərə təqdim etdiyi mədəniyyətdən çox-çox uzaqdır.

Sual: Hacı sizin fikrinizcə hal-hazırda cəmiyyətimizdə dindarların vəzifəsi nədən ibarətdir?

Cavab: Qeyd edim ki, İslam dininin tarixində “AZADLIQ!” mübarizəsinin əsasın İmam Hüseyn (ə) qoymuşdur. Cəmiyyətimizin dindar kəsimin əksəriyyəti özlərini İmam Hüseyn (ə)-ın məktəbinin təmsilçisi hesab edirlər. İmam Hüseyn (ə) –ın məktəbinin təmsilçisi isə sözü və əməli ilə digərlərinə bu məktəbi nümayiş etdirməli, haqqı tələb etməli və istənilən zülmə etiraz etməlidir.

Hal-hazırda ölkəmizdə mövcud totalitar rejim müsəlmanların haqqlarını ciddi şəkildə pozur, əqidəsinə zidd olan əməllərin inkişafına rəvac verir. İndiki zamanda bu cür qəsbkarlığa qarşı əzm nümayiş etdirərək halal haqqını tələb etmək dindarların, Hüseynçilərin ən başlıca vəzifələrindən biridir.

Sual: Niyə görə totalitar rejimlər tərəfindən idarə edilən ölkələrdə rejimin ədalətsiz siyasətinə qarşı toplumun keçirdiyi sivil və dinc aksiyalar totalitar rejimləri qorxuya salır və onları zorrakılığa vadar edir?

Cavab: Qeyd etmək istəyirəm ki, nəinki, Azərbaycanda artıq bütün dünyada totalitar rejimlərə “yox” deyilir. Son zamanlarda xüsusən müsəlman ölkələrində baş verən hadisələr sübut edir ki, heç bir millət, xalq totalitar rejimlə yaşamaq istəmir. Artıq insanlar gələcəklərini xoş və firavan yaşaması, azad həyat naminə “AZADLIQ!” mücadiləsinə qalxaraq həqiqi demokratiyanın bərqərar olması üçün mübarizə aparırlar. Artıq insanlar öz hüquqlarının və əqidələrinin tapdanmasına, dininə qarşı olan təcavüzə dözüm göstərməyərək öz sözlərini deyirlər.

6 May “Hicaba Azadlıq!” şüarı ilə keçirilən dinc və sivil aksiya zamanı müsəlmanların öz hüquqlarını tələb etmələri, buna qarşı çıxan totalitar rejimin dözümsüzlük, insanları döydürərək qanlarının axıtdırılması, kütləvi həbslərə rəvac verilməsi hakim rejimin qorxuya düşməsini, özlərini saxlaması üçün istifadə etdikləri totalitar sütunların əsməyə başlamasını təsdiq etdi. Bununla yanaşı 6 may aksiyası və ondan sonra baş verən hakim rejimin qanunsuz hərəkətləri həqiqi möminləri daha sıx birləşdirərək bir araya gətirdi. Bütün bunlar isə totalitar adlandırılan hakim rejimi dahada qorxudur, onları daha çılğın bəd əməllərə sürükləyir.

Sonda isə onu bildirmək istəyirəm ki, biz qəsibkar rejimin qarşısında İmam Hüseynin (ə) məktəbinin dəyərlərini nümayiş etdirməklə fəxr edirik. Allahdan istəyirəm ki, bütün inaclılar vəzifələrini düzgün bilib və ona əməl etsinlər. Amin!
Source : azadxeber
Comment