0
Sunday 21 November 2010 - 23:50

Dollar demokratiyası

Story Code : 44769
Dollar demokratiyası
Dollar demokratiyası
Keyhan qəzeti
Əhəd Kərimxani

IslamTimes - 02 noyabr 2010-cu il tarixində ABŞ Konqreinə 435 parlament, 37 Senat və 50 yerdən 37 qubernatorluq kürsüsünə seçkilər baş tutdu.
ABŞ Konqresinə orta müddətli seçkilər əhalinin qeyri-fəallığı ilə keçirildi. Elan olunmuş nəticələrə əsasən, keçmiş və yeni nümayəndələrdən demokratlar parlamentdə 184, senatda 52 və qubernatorluqda 17 kürsü əldə etmişdir. Respublikaçılar isə, parlamentdə 240, senatda 46 və qubernatorluqda 29 kürsü qazanmışdır. Qalan kürsülərə isə, müstəqil namizədlər yiyələnmişlər. Statistika göstərir ki, respublikaçılar parlamentin əksəriyyətinə yiyələnmişlər. Demokratlar isə yenə də senatda öndədirlər. ABŞ prezidenti Barak Obamanın demokratların nümayəndəsi olmasına diqqət edən bir çoxları bu seçkiləri onun iki illik prezidentlik fəaliyyətinin sınağı kimi dəyərləndirmişlər. Onlar bildirmişlər ki, bu seçkilər Obamanın gələcək siyasətlərinə və onun 2012-ci ildəki prezidentliyə seçkiləri zamanı siyasi karyerasına böyük təsir göstərəcək.
Obama ictimai problemləri həll etmək üçün respublikaçılarla həmrəy olmaq haqqında çıxış edərək bu məğlubiyyəti ört-basdır etmək istədi. Buna baxmayaraq, bir çox siyasi təhlilçilər Obamanın demokratların səsini artırmaq və respublikaçılara qarşı ləkələmə səylərinə işarə edərək, bu addımın yalnız demokratların və özünün ağır məğlubiyyətini ört-basdır etməkdən ibarət olduğunu bildirdilər.
Hazırda bu sual gündəmdədir ki, demokratların məğlubiyyətinin səbəbləri nə idi? Bu seçkilərin ABŞ-ın gələcək daxili, xüsusilə də xarici siyasətlərində nə kimi təsirləri olacaqdır? Sonda Obama dövlətinin İranla düşmənçilik və anti-İran siyasətləri hansı dəyişikliklərlə sonuclanacaq?
ABŞ-da 24 il yaşamış, Luiziana Universitetinin siyasi əlaqələr üzrə doktoru, ABŞ-ın akademik jurnallarında bir neçə elmi məqaləsi çap olunmuş, doktorantura işi olaraq “ABŞ-ın İran qarşısında ümumi diplomatiyası” əsərini müdafiə etmiş və hazırda Tehran Universitetinin dünya araşdırmaları fakultəsində tədris edən Fuad İzədi! Geniş məlumat dairəsi bizi vadar etdi ki, ABŞ-ın son seçkilərini təhlili və yuxarıdakı sualların cavablarını öyrənmək üçün cənab doktor Fuad İzədi ilə görüşək. Aşağıda oxuduğunuz mətn doktorla müsahibədir.

Salam. Xahiş edirik ki, mövzuya giriş olaraq, bu seçkilərin əhəmiyyəti və onun gedişatı haqqında məlumat verəsiniz.

Bu seçki, bəzi cəhətlərdən özəl olmuşdur. Belə ki, maliyyə baxımından rekordu yenilədi, demokratlar və respublikaçılar ümumilikdə olaraq dörd milyard dollardan artıq pul xərclədilər. Bu məbləğ 2008-ci ildə Obama və Makkeyn arasındakı prezident seçkilərindən bir milyard dollar çox pul deməkdir. Halbuki, ABŞ tarixində həmişə prezident seçkilərinin xərci konqres seçkilərindən daha çox olmuşdur. Əlbəttə, bu məsələnin kökü keçən il yanvar ayında ABŞ-da seçki qanunlarına edilmiş dəyişikliklərə qayıdır. Bu qanuna əsasən, ABŞ ali məhkəməsi sərmayədar şirkətlərə icazə verdi ki, öz namizədlərini seçkilərdə daha azad şəkildə dəstəkləyə bilsinlər.
ABŞ hökuməti yaranan gündən imkanlı şəxslərin bu ölkənin siyasi arenasında yer alması çox rövnəqli olmuşdur. Belə ki, siyasətçi əvvəlcə kapitalist (iş adamı) olmalıdır. 1970-ci illərdə seçki sistemində olduqca çox büdcənin yaranması və imkanlı iş adamlarının hədsiz yardımları çoxlu problemlər yaratdı. Buna görə də, bəzi qanunlar qəbul edildi ki, cəmiyyətin yardımını məhdudlaşdırdı və tənzimlədi. Amma Ali məhkəmənin yeni qəbul etdiyi qanun, şirkətlər üşün bu maneəni aradan qaldırdı və onlar ABŞ-ın siyasi sisteminə daha rahat pul qoya bildilər. Həqiqətdə isə, seçkilərin xərcindəki yeni rekordun qeydə alınması səbəbi, seçki qanununa edilmiş dəyişikliklərdir.

Demokratlar və respublikaçılar partiyasının hər biri bu xərcin nə qədərini sərf etmişlər?

Bu seçkilərdə respublikaçılar demokratlardan 7 dəfə artıq pul xərcləyiblər. Ənənəvi olaraq, ABŞ-ın böyük şirkətləri respublikaçılara daha çox meyllidir. Çünki demokratlar həmişə orta və aşağı təbəqəni himayə etməyi özlərinə jest seçmişlər. Republikaçılar isə əksinə, pullular və iş adamlarını daha çox himayə edirlər. Buna görə, qanun dəyişikliyi respublikaçılara çox kömək etdi. Belə ki, onlar seçki təbliğatına daha çox pul xərcləyə bildilər. Bu məqamı da vurğulamalıyam ki, ABŞ ali məhkəməsinin 9 hakimindən 5-i respublikaçıdır və onlar yeni qanunu öz partiyalarının xeyrinə qəbul edə bilidlər.

İşarə etdiyiniz 4 milyard dollarlıq büdcə necə xərclənib?

Bu məbləğin təqribən 3 milyard dolları radio və televiziya kanallarında təbliğata sərf olunmuşdur. Amerikada namizədləri ələkdən keçirmək istədikdə, bu iş bir sistem əsasında aparılır ki, bu şəxsin kapitalizmlə problemi yoxdur. Buna əsasən, ilk seçimi ictimaiyyətin varlı təbəqəsi edir. Belə ki, bir dəstəyə kömək edirlər və digər dəstəni öz köməklərindən məhrum qoyurlar. Həqiqət budur ki, kapitalist olmaq və yaxud kapitalistdən asılı olmaq ABŞ siyasi sistemində yer tutmağın əsas şərtidir.

Bu seçkilərdəki fəallıq keçən seçkilərə nisbətdə aşağı olmuşdur. Bunun səbəbini açıqlayın!

Son seçkilərdə əhalinin 60%-indən çoxu iştirak etmədi. Bu ötən seçkilərə nisbətdə 20-30 % azalma deməkdir. Səbəb də budur ki, Amerika əhalisi iki əsas hissəyə bölünüb: 1-ci hissə o şəxslərdir ki, ölkələrinin siyasi və seçki sistemini pul və sərmayənin nüfuzuna görə qəbul etmirlər. Onlar hiss edirlər ki, onların səslərinin öz talelərinə heç bir təsiri yoxdur və seçiləcək şəxs, mütləq kapitalistlərin tərəfdarı olacaq.
2-ci hissə isə o şəxslərdir ki, ötən dövrdə B. Obamaya səs verdilər. Obama vədlərinin təqribən heç birinə əməl etmədiyinə görə əhali məyus oldu və daha seçkidə iştirak etmədilər. Əgər 2008-ci ildə seçkilərdə iştirak etmiş şəxslər bu dəfə də iştirak etsəydilər, demokratlar mütləq seçiləcəkdilər. Buna görə, ABŞ əhalisinin əksəriyyəti demokrat və respublikaçılar partiyasından məyus olub. Bu aşağı fəallıq səbəb oldu ki, yalnız ənənəvi olaraq seçkilərdə bu iki partiyaya səs verən şəxslər seçkidə iştirak etdi. Beləcə, təbii olaraq xərclənmiş pullara görə respublikaçılar qələbə çaldılar.

Bu qədər aktivlik özünü dünyada leberal demokratiyanın lideri adlandıran ölkə üçün necə dəyərləndirilir?

Demokratiya sözünü bəlkə də ABŞ-ın siyasi sistemi haqqında işlətmək olar. Çünki nəticədə bir neçə faiz seçki məntəqələrinə gəlib səs verirlər. Lakin boş demokratiyanın faydası yoxdur. Əslində bu ölkə haqqında “dollar demokratiyası” terminini işlətmək lazımdır. Təqribən bütün siyasi analitiklər bu fikirdədirlər ki, ABŞ demokratiyasında pul ilk yerdədir. Namizədlərin məntiqi, ixtisası, təcrübəsi və öhdəçiliyi sonrakı yerlərdədir. Buna əsasən, belə seçki sistemi olan ölkənin heç bir vəchlə dünyanın liberal demokratiyasına rəhbərlik etmə səlahiyyəti yoxdur. Bu söz dünyadakı ictimai fikri çaşdırmaq üçün işlədilən sözdür. Bunu da deyim ki, bu növ demokratiya yalnız ABŞ və Qərb ölkələrində səhnədədir. Çünki bəzi ölkələr, o cümlədən, İran İslam Respublikası həqiqi mənasının əksinə olan bu növ demokratiyaya heç cür inanmırlar. Əsil demokratiyada xalq cəmiyyətə müdiriyyətdə bir rol oynamalıdır.

Demokratların bu seçkidəki məğlubiyyəti onların daxili mövqeyinə necə təsir edəcəkdir?

Amerikada qəbul olunan istənilən qanunu Senat və Konqres qəbul etməlidir. Sonda isə prezident onu imzalamalıdır. Bu da müəyyən həddə iqtidarın demokratların əlində olmasıdır. Lakin Senatda və Konqresdə komissiyalar azlıq və çoxluğa əsasən təyin olunur. Bunun üçün, komissiyaların sayının çoxluğuna görə, bu məclis də respublikaçıların əlində olduğu üçün, təbii olaraq, bir çox yerdə demokratların əleyhinə rol oynaya bilirlər.
Obama iş başına gələrkən ictimai sığorta haqqında söz verdi ki, ABŞ-da hazırda da tibbi sığortadan yararlanmayan 45 milyon nəfərin problemini həll etsin. Hər iki məclisdə səs əksəriyyətinə malik olmasına baxmayaraq, heç bir mükəmməl və bəyənilmiş qanun qəbul elətdirə bilmədi. İndi isə yeni yaranmış vəziyyətdə, onun və demokratların işi çətin olacaqdır.

Amerika əhalisinin Obamadan üz çevirməsinin əsas səbəbi nədir?

Amerikada cəmiyyətin bir hissəsi səs verir və bir çox halda onlar cəmiyyətin əksəriyyəti deyil. Dediyim kimi, istər respublikaçılar, istərsə də demokratların hər birinin sabit səsi var. Lakin bir dəstə də var ki, bəzən demokratlara, bəzən də respublikaçılara səs verirlər. Barak Obama söz vermişdi ki, əhalinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Lakin xalq 2 il sonra şahid oldu ki, bunlar puç və yalan şüarlardır. Əksinə, Obama bəzi yerlərdə ABŞ-ın eks prezidenti Corc Buşun səhv və yanlış siyasətlərini davam etdirmişdir. Onların fikrincə, Obama da Buş kimi sərmayədarlara yardım siyasətini yürüdür. Məsələn, qarşıya çıxmış iqtisadi böhranda o, banklara külli miqdarda pul verdi. Halbuki, bu böhranı onlar özləri yaratmışdılar.
Bu seçkilər haqqında dediyimiz söz, yəni; “Son seçkilərdə əhalinin 60 %-indən çoxu iştirak etmədi. Bu ötən seçkilərə nisbətdə 20-30 % azalma deməkdir.” O deməkdir ki, əhali respublikaçılara doğru yönəldi. Bu söz həm düzdür, həm də səhv. Buna görə düzdür ki, daha çox səs qazandılar, ona görə səhvdir ki, 2008-ci ildə səsvermədə iştirak etmiş şəxslər bu seçkilərdə iştirak etmədilər və bu məsələ aktivliyin azalmasının əsas səbəbi olmadı.

Bu seçkilərdə sionist lobbilərin rolu hansı həddə olmuşdur?

Amerikada müxtəlif lobbilər var ki, sionist lobbisi də onlardan biridir. ABŞ-ın siyasi sistemi puldan asılı olduğuna görə sionistlər bu sistemdən öz mənfətləri üçün daha çox yararlanırlar. Əslində, dəstəklədikləri namizədi bu sistem yolu ilə Amerikanın siyasi elitasına salırlar. Müxaliflərə isə heç bir yardım göstərmirlər, onların əleyhinə təbliğat da aparırlar.
ABŞ-da üç növ iqtidar var: 1-ci növ iqtidar siyasətçilərdir ki, sionist lobbiləri imkanlarında olan pul və sərvət hesabına onları Amerikanın siyasi arenasına daxil edirlər. 2-ci növ isə, sionist lobbisinin bu sahədə olduqca aktiv təmas saxladığı KİV-dir. Amerikada KİV-lər xüsusidir. Sionistlərin pulu da bu sahədə olduqca təsirlidir. Bir çox halda sionist lobbiləri media şirkətlərinin başında dayanırlar və ixtiyarlarında olan kadr və puldan istifadə edərək, bir çox halda medianı öz nəzarətlərində saxlayırlar.
Amerikada 3-cü güc növü olan “təfəkkür otaqları”-nda da sionist lobbilərinin rolu çox böyükdür. “Təfəkkür otaqları”, Amerikada şərh etmə və ört-basdır rolu oynayırlar. Yəni, FoxNews, CNN və ... bir çox proqramlarında bu otaqlarda yetişdirilmiş ekspertlər çıxış edir. Bu təfəkkkür otaqlarının maddi mənbəsinin əksəriyyətini də varlılar və sionistlər təşkil edirlər. “Saban” adı altında bir toplunu özündə cəmləyən “Brukinz” mərkəzini buna misal göstərmək olar. Tanınmış sionist olan Him Saban külli miqdarda pul ilə bu mərkəzi təsis etmişdir. O deyir: “Mən yalnız bir mövzuya diqqət yetirirəm ki, bu da İsraildir. Bu mərkəzdə aparılan araşdırmaların nəticəsi də tamamilə İsrailin xeyrinədir. Buna əsasən, Amerikanın siyasi sistemi sərmayədarlıqdan təsirlənmiş bir sistemdir. Sərmayədarlar isə ixtiyarlarında olan çoxlu pul ilə həm siyasətçiləri, həm medianı, həm də ekspertləri öz nəzarətlərində saxlayırlar.
Bu məqama da işarə etməliyəm ki, lobbi ilə təfəkkür otaqları arasında incə bir fərq var. Təfəkkür otaqları adətən araşdırma, müsahibə, mətbuat işləri, kitab çapı və ... bu kimi işlərlə məşğul olur. Lakin lobbilərin əksəriyyətinin, bəlkə də hamısının işi bir növ siyasi dəllalıqdan ibarətdir. Əslində lobbilərin işi dəstəkləmədikləri şəxslərin rəqiblərinə pul çatdırmaqdır. Əlbəttə, lobbi və təfəkkür otaqları bir-birini təkmilləşdirən rola da malikdirlər. Sionist lobbisi onların pulu ilə siyasətə gəlmiş nümayəndəyə deyir ki, İran əleyhinə olan layihəyə səs versən növbəti seçkilərdə də sənə maddi dəstək göstərərik. Bu nümayəndə də aşkara deyə bilmir ki, sionist lobbisinin istədiyi üçün mən buna səs verirəm. Buna görə də şərh etməyə ehtiyac duyulur. Bu iş təfəkkür otaqları vasitəsilə baş tutur. Amerika Konqresindən İrana qarşı olan hücumların əksəriyyəti sionist lobbilərinin xərclədiyi külli pullara görədir.

Amerikadakı partiyaların hansı sionist lobbilərinə daha yaxındır?

Sionist lobbisinin düşünülmüş addımı budur ki, hər iki partiyada mövcuddurlar və elə bir mövqe yaradılıb ki, hansı partiyanın iqtidara gəlməsinin onun üçün böyük fərqi yoxdur. Misal olaraq, Obama iqtidara gəldikdə, Denis Ras adlı bir şəxsi İran işləri üzrə məsul şəxs təyin etdi. Əvvəllər o, İsraildə “Yəhudi Xalqının Siyasi İnistitutu” təfəkkür otağının rəisi olmuşdur.
Obama dəfələrlə elan etmişdi ki, biz İranla qarşılıqlı anlaşmada olmaq istəyirik. Amma qəti olaraq anti-İran bir şəxsi İran işləri üzrə qrupun rəhbəri təyin etdi. Buna görə, demokratların iqtidarda olduğu zaman sionist lobbisinin özünə uyğun adamları var. Habelə respublikaçıların dövründə!

Tarixi baxımdan Amerika Konqresi bu cür iki hissəyə ayrılmışdımı?

Bəli. Bu əvvəllər də olub. Lakin diqqəti cəlb edən məqam budur ki, 2000-ci ildə Corc Buş hakimiyyətə gələrkən nümayəndələr palatası 6 il respublikaçıların ixtiyarında olmuşdur. Amma demokratlar bu palatada öz çoxluqlarını 2 ildən çox qoruya bilmədilər.

Obamanın da Cimmi Karter kimi bir dövrlük prezident olması ehtimalı varmı?

Bəli. Amerika seçkilərində şirkətlər və sərmayədarlar son sözü deyirlər. Bu məsələ demokratların olduqca zərərinədir. Lakin 2012-ci ildə nə baş verəcəyi dəqiq məlum deyil. Əgər elə indi seçki keçirilsə, Obama mütləq uduzacaq. Amma hələ ki 2 il vaxt var.
Əgər etiraz etməsəydiniz, Barak Obama dövlətinin xarici siyasəti, xüsusilə də, İran barədə siyasətinə və demokratların məğlubiyyətinin bu siyasətə təsirlərinə nəzər salardıq. Xahiş edirik ki, bu barədə izah verərdiniz.

Barak Obama iqtidara gəlişinin əvvəllərində İrana qarşı hiylə işlətdi. O, dəfələrlə elan etdi ki, əgər İran razı olsa, Amerikanın bu ölkə ilə əlaqəsini yaxşılaşdırmaq istəyir. Müsahibədə işarə etdiyim Denis Ras 2008-ci ilin sentyabrında, yəni Obamanın hakimiyyətə gəlişindən öncə, İran haqqında mühüm məqalələr yazdı. O təkid edirdi ki, ABŞ dövləti İranla anlaşma məsələsini vurğulamalıdır. Bu ölkə ilə həqiqətdə razılaşma mənasında deyil, əksinə, bir təbliğat vasitəsi kimi ondan istifadə etsin. Çünki İrana təzyiq etmək üçün müxtəlif ölkələrə üz tutduqda, onlara deyək ki, biz İranla anlaşmaq istəyirdik, amma onlar bunu istəmədilər!
Bu məsələ də baş verdi. Obama prezidentliyinin əvvəllərində elan etdi ki, biz İrana doğru əlimizi uzatmışıq, indi onların bizim etimadımıza cavab vermə növbəsidir. Lakin əməli olaraq heç bir addım atmadı. Hətta təzyiqlərdən əl çəkmədi. Tam olaraq Buş dövlətinin anti-İran siyasətlərini davam etdirdi. Buna əsasən, Obama dövləti, bir müddət İranla razılaşma jesti tutdu, sonra isə əvvəlki taktikalara üz tutdu. ABŞ Maliyyə Nazirliyində İrana hücum üzrə təsis olunmuş şöbənin müdirindən başqa, nazir və bütün müavinləri dəyişdirdi. Bu şöbənin müdiri Stüart Livi Corc Buş tərəfindən bu vəzifəyə təyin edilmiş şəxs idi. Bunlara əsasən, Obamanın İrana qarşı siyasətləri əgər pisləşmədisə, yaxşı da olmadı.
Hazırda da, nümayəndələr palatasında baş vermiş bu dəyişiklikdən sonra, demokratlar və respublikaçılar arasında bu mövzuda ixtilaf olmayacaq. Çünki Obama Buşun siyasətlərini davam etdirib və respublikaçılar da bu məsələdə ondan razıdırlar. Lakin konqresdəki dəyişiklik Amerikanın daxili siyasətində keşməkeşləri artıra bilər və Obamanın vaxtının bir hissəsini bu məsələyə yönəldə bilər. Bu da, onun İrana qarşı daha diqqətli olmasını azalda bilər. Əlbəttə bunu “Əllahummə-şğəliz-zaliminə biz-zalimin” (İlahi, zalımların başını zalımlarla qat) duasının bir mənada qəbul olması saymaq olar ki, Amerikanın zalım siyasətçilərinin başı öz daxili işlərinə qarışıb.
Bizim bu şəraitdə yerinə yetirməli olduğumuz iş budur: biz icazə verməməliyik ki, Amerika İrana qarşı taktikalarında həmrəylik əldə etsin. Amerikanın daxili ixtilafları bu mövzuda müəyyən mənada təsirli ola bilər.

Obamanın xarici siyasəti demokratların seçkilərdə məğlubiyyətinə təsir etdimi?

Fikrimcə, bu seçkilərdə Amerikanın daxili iqtisadi vəziyyətinin acınacaqlı olması seçkilərin nəticəsinə daha çox təsir qoymuşdur. Əlbəttə, Obama dövlətinin qeyri-müvəffəq xarici siyasəti də təsirisiz olmamışdır. O demişdi ki, iqtidara gəldikdən sonra, uzağı 16 aya Amerika qüvvələrini İraqdan çıxaracaq, müharibəni yaradan təfəkkürü də dəyişəcək. Lakin o, nəinki hərbçiləri İraqdan çıxarmadı, hətta Amerikanın İraqa hücumun dəstəkləyən Klinton kimi şəxsləri də mühüm postlara təyin etdi.
Əfqanıstan barədə də, Obamanın siyasəti müvəffəq olmadı. Hazırda da, dövlət və ordu arasında, bu ölkədə qalmaq üstündə mübahisələr qızışıb. Son zamanlar istefaya məcbur olan general Mak Kristal açıq-aşkar elan etdi ki,Əfqanıstan müharibəsi qələbə çalmayacaq və bu müharibənin Amerika üçün pul xərcləməkdən başqa bir nəticəsi olmayacaq.

Arabir Amerikanın ifratçı siyasətçilərindən bəziləri iddia edirlər ki, İranla qarşılaşma üçün bütün seçimlər Ağ Evin gündəmindədir. Əlbəttə, onların əsas hədəfi İranla Amerika arasındakı hərbi qarşıdurmadır. Sizin fikrinizcə amerikalıların məntəqədə yeni macəra axtarmaq imkanı varmı?

Qəti olaraq, İran və Amerika arasında hərbi qarşıdurma, ən azından yaxın gələcəkdə, baş verməyəcək. Çünki əvvəla İranın İraq və Əfqanıstandan fərqli olaraq istənilən hücuma qarşı müdafiə olunmaq imkanı var. Əgər İran İslam Respublikasının vəziyyəti bu ölkələr kimi olsaydı, illər öncə düşmən hücumuna məruz qalardı. İkincisi, Barak Obama İraq müharibəsinə xitam vermək şüarı ilə iş başına gəlib. Əgər müharibə olsa, onun özü üçün də pis olacaq ki, sülh adı ilə siyasi arenaya gəlmiş şəxs özü yeni bir müharibə başlayır.
Üçüncüsü, İİR-in qarşı tərəfi, bir çox cəhətlərdən zəifləyib. İraq və Əfqanıstandakı 9 illik müharibədən sonra bu ölkənin hərbi qüdrəti sual altındadır. Hazırda onlar elə bir mövqedə deyillər ki, yeni bir müharibəyə başlamaq istəsinlər. Dövlət və ordu arasındakı ixtilafların əksəriyyəti də buradan qaynaqlanır. Müharibənin aparıcısı olacaq ordu açıq-aşkar elan edir ki, istənilən növ yeni, xüsusilə də, hazırda Yaxın Şərqdə qüdrətli ölkəyə çevrilmiş İran qarşısında macəra axtarmağa müxalifdir. Əgər amerikalılar İraq və Əfqanıstanda mütləq qələbə çalsaydılar, bəlkə yeni bir plan üzərində işləyəcəkdilər. Amma bu iki ölkədə qarşılaşdıqları vəziyyətlə İrana hücum planının masa üzərində olması ehtimalı inandırıcı görünmür.

2009-cu il iyunda İranda prezident seçkilərindən sonrakı hadisələr və fitnə cərəyanının Qərbə etdiyi xidmət amerikalı siyasətçilərin İrana qarşı baxışına nə dərəcədə təsir etdi?

Fitnəkarların bu müddətdə atdıqları addımlar qarşı tərəfdə bu təfəkkürü formalaşdırdı ki, İranı çevirməyə ümid bəsləmək olar. Buş dövründə Amerikanın xarici işlər naziri Kolin Pauelin müavini olmuş, sonda Pauellə fikir ayrılığına görə istefaya məcbur olmuş və hazırda Amerikanın xarici əlaqələr şurasının müdiri Riçard Has 2006-cı ildə New Yorker jurnalına müsahibə verərkən demişdi: “Xarici İşlər Nazirliyində bir qrup belə fikirləşirdi ki, hərbi müdaxilə ilə İran hakimiyyətini devirmək olar. Amma mən belə fikirləşmirdim. Buna görə də, öz vəzifəmdən istefa verdim!”
Elə həmin Riçard Has, İranda prezident seçkilərindən sonrakı hadisələrdə Newsweek jurnalına yazdığı bir məqalədə deyirdi: “Mən fikrimi dəyişmişəm. İran hakimiyyətini devirmək olar”.
Əslində 2009-cu il fitnələri Amerikada bir dəstəni həyəcanlandırdı. Düşündülər ki, bəlkə də İran İslam Respublikasını aradan götürmək olar. “Amerikanın keçən 30 il ərzindəki İrana qarşı siyasətlərinin heç bir təsiri yoxdur” deyən şəxslər vəcdə gəldi.

Bəzi təhlillərdə belə bir termin işlədilir; “ABŞ-ın dağılması”. Siz bu məsələyə nə dərəcədə inanırsınız? Belə bir şey baş verəcəkmi?

Əvvəla gərək dağılmaya dəqiq tərif verəsən. Əgər dağılma dedikdə, kapitalizm sisteminin xüsusiyyətlərinin yoxa çıxacağı nəzərdə tutulursa, düzdür. Çünki bu sistem ötən il dağıldı. Çünki kapitalizm qanunlarına əsasən, dövlət bankları özünə məxsus edə bilməz. Lakin Buş, xüsusilə də Obama Amerikada iqtisadi böhran zamanı banklara külli miqdarda dollar verməklə onları özlərindən asılı etdilər. Əgər dağılmada məqsəd, Sovetlər İttifaqının dağılması kimi ölkənin dağılması nəzərdə tutulursa, yaxın gələcəkdə belə bir şey gözlənilmir. Sovet nə üçün dağıldı? Çünki bu ölkənin rəhbərləri daha kommunist ideologiyasına inanmırdılar, daxildə də xalq narazı idi və Amerika da xaricdən təzyiq göstərirdi. Sonda bu qərara gəldilər ki, daha bu sistem işə yaramır. İndi də, Amerikada yoxsullar çoxdur. Bir müddət əvvəl Nyu-York Times rəsmi statistika nəşr edərək elan etdi ki, Amerikada 49 milyon nəfər aclıqdan əziyyət çəkir. və onların 16 milyon nəfəri uşaqlardırlar. Yəni Amerika uşaqlarının dörddə biri! Həqiqət budur ki, media təbliğatının əksinə olaraq, Amerikadakı iqtisadi vəziyyət ürək açan deyil.
Bir-iki il öncəyədək iqtisadi təzyiqlər Amerikanın kasıb təbəqəsinə təsir edirdi. Lakin indi, bu ölkədə iqtisadi böhranın uzun müddətli olması ilə, orta təbəqədən də bir hissə kasıb təbəqəyə qoşulub. Kasıb təbəqə həm maddi, həm də ideoloji baxımdan kasıbdır. Onların siyasi sistemdə heç bir yeri olmamışdır. Amma orta təbəqə savad və siyasi baxımdan daha yaxşı vəziyyətə sahib olmuşlar. Əgər bu təbəqə daha çox kasıb təbəqəsinə qoşulsa, səs-küy daha da artacaq.
Hazırda Amerikada işsizlik 9,6 % təşkil edir. İqtisadçılar isə bu fikirdədirlər ki, əgər həqiqi hesablama aparılsa, bu rəqəm iki qat böyük olacaq. Əgər bu vəziyyət davam etsə və siyasi narazıların sayı artsa, təbii olaraq Amerikanın da siyasi sisteminin dağılması ehtimalı var. Son olaraq bu dağılmanın nəticəsi hazırkı ikipartiyalı sistemin sonu və bu ölkədə dövlət mahiyyətinin köklü dəyişməsi olacaqdır.

Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
http://www.Islam times.org/vdcf0xdj.w6djvagiiw.html
Comment