0
Thursday 30 December 2010 - 16:22

"AZƏRBAYCAN APREL AYINDA MÜHARİBƏYƏ BAŞLAMALIDIR"

Story Code : 48578
"AZƏRBAYCAN APREL AYINDA MÜHARİBƏYƏ BAŞLAMALIDIR"
"AZƏRBAYCAN APREL AYINDA MÜHARİBƏYƏ BAŞLAMALIDIR"
- Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 2010-cu ili Dağlıq Qarabağ münaqişəsi üçün necə xarakterizə edir?

- Hesab edirəm ki, 2010-cu ildə də əvvəlki illərdə olduğu kimi Azərbaycan boş və mənasız danışıqlara vaxt itirdi. Buna görə də, Azərbaycan yavaş-yavaş hərb yolunun labüdlüyü fikrinə yaxınlaşmalıdır. Çünki danışıqlar yanvar ayından başladı Soçi görüşləri ilə. Ümidlər yarandı, Rusiya təşəbbüsü ələ aldı. Dəfələrlə bildirildi ki, Madrid prinsipləri əsasında razılaşmalar var. Daha sonra Peterburq prinsipləri ortaya çıxdı. Sonda isə Astanaya böyük ümidlər bəslənildi. Amma məlum oldu ki, Azərbaycan maraqlarına cavab verməyən Madrid prinsiplərinə razı olsa da, Ermənistan Rusiyanın sifarişi və təkidi ilə buna yenə də razı deyil.

2010-cu ili Qarabağ problemi üçün o mənada müsbət dəyərləndirə bilərik ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinin mümkün olmadığı aydın şəkildə ortaya çıxdı. Eyni zamanda məlum oldu ki, Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər hərbi gücü var.

Biz ötən həftə 2010-cu ilin yekunları ilə bağlı Ali Məclisin iclasını da keçirdik. Müzakirələrdən sonra biz orada konkret tarix də göstərdik ki, Azərbaycan 2011-ci ildə hərbi əməliyyatlara başlamalıdır. Bunun üçün ən optimal vaxt isə mart, aprel aylarıdır. Məhz bu vaxt müharibə başlanmalı, yaya kimi davam etdirilməli və qələbə əldə olunmalıdır.

Əli Hüseynli
Source : faktxeber
Comment