0
Thursday 11 February 2016 - 14:49

Tale Bağırzadəyə çox ağır işgəncələr verilib

Story Code : 520060
Tale Bağırzadəyə çox ağır işgəncələr verilib
Vəkil Cavad Cavadov “Amerikanın səsi”nə müsahibəsində Nardaran hadisələri, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırovun həbsi, işgəncə faktı və həbsdə olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı problemlərdən danışıb.

Sual: Nardaran hadisələri zamanı həbs edilmiş Taleh Bağırovun hüquqlarını müdafiə edirsiniz. Taleh Bağırov ittihamları qəbul edirmi?

Cavab: Taleh Bağırov ona verilən ittihamları qətiyyən qəbul etmir və özünü təqsirli bilmir. Mən Taleh Bağırovun 2013-cü ildən vəkiliyəm, 2013-cü il martın 30-da tutulan vaxtdan onun müdafiəsi ilə məşğulam. Onun həbs edilmə tarixçəsinə baxsanız, o 2011-ci ildə həbs edilib. O həbsdən azad edildikdən bir neçə ay sonra yenidən həbs edildi, 2013-cü ildəki həbsindən sonra da azad edildikdən bir neçə ay sonra yenidən həbs edildi. Onun həbs edilmə tarixçələrinə baxsanız və onun çıxışlarına baxsanız burada açıq-aşkar Taleh Bağırovun ifadə azadlığına görə təqib olunması açıq-aşkar görünür. Biz Avropa Məhkəməsinə göndərdiyimiz şikayətlərdə də çalışmışıq bunu əsaslandıraq.

Sual: Avropa Məhkəməsinə neçə şikayət göndərmisiniz?

Cavab: Hazırda Avropa Məhkəməsinə onun iki şikayəti var. İndi bundan sonra artıq daha iki şikayət də əlavə olaraq göndərməyə hazırlaşırıq. Bildirmək istəyirəm ki, prokurorluq orqanları Taleh Bağırov tutulandan sonra onun yaydığı məlumat onun təqsirsizlik prezumsiyasını pozur və biz bununla da bağlı Avropa Məhkəməsinə şikayət ünvanlayacağıq.

Sual: Taleh Bağırovun Nardaranda saxlanılması zamanı və həbs yerindəki durumu ilə bağlı problemlər nədir?

Cavab: Taleh Bağırov son olaraq həbsdən çıxdıqdan sonra bir dəfə Yevlax rayonunda Polis İdarəsinə aparılıb, könüllü olaraq gedib. Polis onun mouzə söylədiyi məscidə gəlib, onu aparmaq üçün, o, könüllü olaraq getmişdi. Ondan sonra Milli Təhlükəsizlik Nazirliyinə çağırılmışdı və orada onunla söhbət olmuşdu. O, həmin idarəyə də könüllü olaraq getmişdi. Bundan sonra Bakının Yasamal Rayon Polis İdarəsinə çağırılmışdı və oraya da könüllü olaraq getmişdi. Taleh Bağırov dəfələrlə çıxışlarında da bildirirdi ki, onların fəaliyyəti sivil, dinc, bütün qanunvericiliyin tələblərinə əsaslanır. O, Nardaranda olan zaman dövlət orqanları onu dəvət etsə idilər, könüllü olaraq gələrdi. Lakin mənim zənnim belədir ki, onun könüllü gəlməsi görünür ki, kimlərəsə əl vermirdi. Bu qaydada bir əməliyyat keçirildi və bu əməliyyatda da müdafiə tərəfi olaraq bizim üçün kifayət qədər qaranlıq məsələlər var. Ona görə də bunun hamısını biz Taleh Bağırovun həbs tarixçəsinin davamı hesab edirik. Onun ifadə azadlığının pozulması, məhz çıxışlarına görə həbsinin davamı kimi hesab edirik.

Sual: Nardaranda baş verənlərin əsl səbəbləri nədir? Verilən ittihamlarla reallıqlar bir-birini tamamlayırmı?

Cavab: Müdafiəçi olaraq birmənalı olaraq hesab edirik ki, bu həbs Taleh Bağırovun əvvəlki həbsləri kimi əsassız sübutlara istinadən olub. Biz bunu da sübut etməyə çalışacağıq. Yəni, Nardaran hadisələrinin əsl səbəbləri artıq bir az siyasi məsələdir deyə, mən bu mövzuya keçmək istəmirəm. Ona görə də sırf müdafiə taktikası olaraq yanaşıram və Taleh Bağırov özünü təqsirli bilmir. Taleh Bağırov heç kimə qarşı silah işlətməyib, dövlət əleyhinə heç bir çıxış səsləndirməyib, dövlətin qanuni quruluşunun dəyişdirilməsi ilə bağlı çıxışları olmayıb. Onun fəaliyyəti kifayət qədər şəffaf olub. Yəni, Taleh Bağırovun bütün çıxışları İnternet resurslarında yerləşdirilib. Onun çağırışlarının hamısı öz səhifəsində əks olunur. Bu ittihamları qətiyyən qəbul etmirik.

Sual: İstintaq hərəkətləri aparılırmı?

Cavab: Taleh Bağırov tutulan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Daxili İçlər Nazirliyinin idarəsidir-red ) aparılıb. Həbs edilərkən, orada saxlanılarkən ilkin mərhələdə ona ağır işgəncələr verilib. Mən özüm şəxsən Apellyasiya Məhkəməsində o işgəncələrin izlərini görmüşəm. Kifayət qədər ağır bir işgəncə izləri idi. Bununla bağlı biz məhkəmə nəzarəti qaydasında verdiyimiz şikayət artıq xeyli müddətdir ki, ləngiyir, baxılmır. Amma bir həftə əvvəl olan son məhkəmə iclası zamanı Taleh Bağırov həmin işgəncələrlə bağlı ətraflı danışdı. Hansı qaydada ona işgəncə veriblər, işgəncənin məqsədi nə idi? Kimlərinsə əleyhinə ifadə almaq. Bu səbəbdən də biz işgəncə ilə bağlı məsələni məhkəmə müstəvisində sübut etməyə çalışırıq. Lakin bu asan deyil. Çünki işgəncəni müəyyən etmək üçün isti-isti operativ olaraq tibbi müayinə, məhkəmə-tibb ekspertizası keçirilməli did. Onun burunu hazırda da sınıq vəziyyətdədir. Yəni, məhkəmə tibbi ekspertiza, müayinə keçirilmir. Yenə də biz hüquqi müstəvidə işimizi aparmağa çalışırıq.

Sual: Rəsmi məlumatlara görə Nardaran hadisələrindən sonra 68 nəfər həbs edilib. Həbs edilənlərin hüquqlarının müdafiəsi hansı səviyyədədir? Onların hüquqları müdafiə olunurmu?

Cavab: Həmin şəxslərin hüquqlarının müdafiəsi yetərincə deyil. Çünki ümumiyyətlə Azərbaycanda vəkillərin sayı buna imkan verir. Amma məndə olan məlumata görə, hətta dövlət tərəfindən təyin olunan vəkillərlə bağlı prosedurda da problem var. Bi problem də var. Məsələn, mən vəkil olaraq digər şəxslərin müdafiəsinə qoşula bilmirəm Çünki qoşulsam prokurorluq orqanı məni müdafiədən təmiz kənarlaşdıra bilər. Zənnimcə, onların müdafiəsi hələ yaxşı, məni qane edəcək səviyyədə deyil.
Source : Nur.az.com
Comment