0
Tuesday 22 February 2011 - 06:37

Nurəddin Şirin hicab haqqında (1 və 2-ci hissələr)

Story Code : 55763
Nurəddin Şirin
Nurəddin Şirin
1-ci hissə
Bismillahir-rəhmani-rəhim. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.
Azərbaycanda hicab məsələsini, Azərbaycan hökumətinin hicab qadağasına və hicab qadağasına etiraz etdikləri üçün tutulub zindanlara salınan İslam toplumunun liderlərini, alimlərini yada salmaq istəyirəm. Hicab məsələsi, təhsil ocaqlarında hicabın yasaqlanması sadəcə Azərbaycanın, Türkiyənin, Avropa ölkələrinin, yaxınlara qədər Tunisin deyil, ilk növbədə dünya güclərinin beynəlxalq bir planıdır. Yəni bu plan İslam dünyasında millətlər, müsəlman xalqların oyanışının, islami müqəddasata yönəlməsinin və islami hürriyyətin simvolu olaraq hədəfə alınıb. Yəni dünyanın harasında hicablı xanımlar, məktəblilər olsa, məktəblərdə, universitetlərdə islami bir oyanışın, islami bir canlanmanın, islami bir hürriyyətin varlığı görünür və qəbul edilir. Dolayısı ilə həm beynəlxalq sionizm, həm imperializm İslam dünyasında əlaltıları vasitəsi ilə hicab problemi yaratdılar. Onlar məktəblərdə, dövlət idarələrində hicabı yasaqladılar, hətta bəzi məmləkətlərdə hicablı bir xanımın xəstəxanada müalicəsini əngəllədilər.
Bunun Türkiyədə örnəkləri var. Burada ifadə etmək istədiyim nöqtə bu ki, hicab yasağı qlobal, beynəlxlaq anlamda olan bir hadisədir. Avropa ölkələrində də bunun örnəkləri var. Bir tərəfdən demokratiya, insan haqları deyən ölkələrdə hicab yasağı var. Demokratiyadan dəm vuran Fransada hicab yasağı var. Başqa Avropa ölkələrində hicab yasağı var.
Beləcə, Azərbaycanda hicabın yasaqlanması beynəlxalq imperializm və sionizmin qlobal planlarının bir parçasıdır. Hicab qadağası sadəcə Azərbaycan hökumətinin lokal, yəni məhəlli bir qərarı deyil. Bu, beynəlxalq imperialist və sionist mərkəzlərdə hazırlanan layihənin Azərbaycan üzərində sınağıdır.
Türkiyədə də bu şəkildə hadisələr baş verib. Türkiyədə hicab yasağı başlayanda bu məsələnin arxasında əslində sionizm vardı. Deyəcəksiniz ki, necə sionizm vardı, hicabı yasaqlayan Türkiyə hökuməti deyildimi? Hökumət, Konstitusiya məhkəməsi, məclis, millət vəkilləri, prezidentlər, ordu generalları rol oynayırdı. Necə sübuta yetir bu müddəa? Türkiyədə 28 şubat deyilən bir hadisə yaşandı. İslam yönlü Rifah partiyasının, professor Nəcməddin Ərbəkanın hökumətə gəlişindən sonra media – mətbuat və televiziya, məhkəmələr bu hökuməti aşırmaq üçün əl-ələ verdilər. Bu təlaşların səbəbi Rifah partiyası və Ərbəkanın Türkiyədə Qərbin, İsrailin mənafelərinə qarşı çıxması idi. Ərbakanın xarici siyasətdə İslam ölkələri arasında birlik üçün çalışması, ABŞ və İsrailin Türkiyədəki siyasətlərinə qarşı çıxması bu hökumətin süqutu üçün təməl bir səbəb idi. Bunun üçün daxildə bəhanələr yaratdılar. Televiziyadan saxta ssenarilərlə saxta insanları, saxta dindarları ortaya çıxarıb, əsil dini toplumu mühavizəkar, köhnəpərəst, geriqalmış kimi, aqressiv niyətli insanlar olaraq tanıtdırmaq istədilər. Bundan sonra Türkiyədə müsəlman insanların fəaliyyətlərinin terror fəaliyyətləri olduğu deyildi və terrorun qarşısını alırmış kimi işə başladılar. Bir çox fəal müsəlmanlar şərlənərək tutuldu və zindanlara atıldı. Yalnız sonradan sübuta yetdi ki, bütün bular Tel-Əviv, Vaşinqton rejiminin əmri olub. Vaşiqton Türkiyədə islamçıların, dindar insanların qarşısının alınması üçün bir hücum əməliyyatı planlaşdırıb və bunu səfirliklər kanalı ilə həyata keçirib. Yəni Ankarada ABŞ səfirliyinə Vaşiqtondan özəl əmr gəlir. Əmr gəlir ki, islami təhlükələri aradan qaldırmaq üçün hərəkətə başlayın.

2-ci hissə 
Ordu meydana daxil olmalıdır – deyirlər. Bütün bu əmrləri sənəd şəklində professor Ərbakan televeziyada göstərdi. Eyni zamanda sionist dövlətinin prezidenti Veysman deyir: “Biz inanırıq ki, Atatürk ordusu Ərbakana imkan verməyəcəkdir.” Bunu demək istəyirlər ki, Türkiyə ordusu islami bir şəxsiyyətin dövlət qurmasına yol verməz. Bəli, Veysman 1996-cı ildə bunu açıq söyləyir. Həmin aralarda Qüds Günü nümayişlərində mən də həmin hadisələrlə bağlı həbs edildim və 17 il iş aldım. 8 il həbsxanada qaldım. Bütün bunların arxasında dünya imperializminin Türkiyədə oyuncaq bir hökuməti iş başında saxlaması məqsədi dururdu. Bu hadisələr 28 şubat hadisələri kimi yadda qalıb. 28 şubatın ən səciyyəvi xüsusiyyəti nədir? Həmin gün ən kobud şəkildə təhsil ocaqlarında hicab yasaqlandı. 28 şubatın məqsədi ümumi olaraq dindarları səhnədən çıxarmaq, xüsusi olaraq dövlət müəssisələrində, təhsil ocaqlarında hicaba qadağa qoymaq idi. Bunun arxasında dayanan isə sionistlər oldu. Yəni Pentaqon Ankaradakı səfirliyinə təlimat göndərir və prosesin bütün mərhələləri ardıcıl olaraq aydınlaşdırılır. Bəli, Türkiyədə hicab qadağası hökumət, məhkəmələr vasitəsilə həyata keçirilsə də, təlimat ABŞ və İsraildəndir. Azərbaycanda, Tunisdə, Misirdə, İordaniyada, Səudiyyə Ərəbistanında dinə qarşı qadağalar beynəlxalq imperializm və sionizmin İslam dünyasına qarşı savaşının dəlilləridir. Azərbaycanda hicab qadağası beynəlxalq bir layihənin tərkib hissəsidir.
Əgər bu məsələni beynəlxalq bir problem olaraq düşünmürüksə, yanılırıq. Hicabın müdafiəsi eyni zamanda beynəlxalq imperializm və sionizmə qarşı bir mübarizədir. Hicab qadağasını təhsil naziri Misir Mərdanovun və ya başqa dövlət məsullarının qərarı kimi dəyərləndirmək yanlışdır. Onlar yalnız verilmiş əmri yerinə yetirirlər. Bu yeni bir problem deyil. Biz Türkiyədə 30 il eyni problemlə üzbəüz dayandıq. Bu problemin arxasında sionizmin dayandığını və necə himayədarlıq etdiyini gördük. Beynəlxalq imperializm bu əqidədir ki, hicab siyasi İslam simvoludur. Onların nəzərincə, hicab ana və nənələrin tarix boyu başına bağladığı örtük deyil. Hicab kəndlərdə, tarlalarda itifadə edilən baş örtüsü kimi qəbul edilmir. Dövlət idarələrində, təhsil ocaqlarında istifadə edilən hicab sadəcə örtük yox, bir simvoldur. Deyirlər ki, hicab siyasi İslam simvoludur. Siyasi İslamı isə fundamentalizm adlandırırlar. İslam radikalizmi də deyirlər. Yəni baş örtüsü siyasi İslamın, fundamentalizmin, radilakizmin simvoludur. Bəli, onlar hicabı belə
adlandırırlar. Sonra da deyirlər ki, siyasi İslamı, İslam fundamentalizmini, İslam radikalizmini aradan qaldırmalıyıq. Çünki siyasi islamı imperializm və sionizmin müsəlman ölkələrindəki siyasətlərinin qarşısında ən güclü müqavimət sipəri kimi görürlər. Düşünürlər ki, siyasi İslam olmasa bütün çirkin siyasətlərini İslam dünyasında fəal edə bilərlər. Bəs siyasi İslamı yıxmaq üçün nə lazım? Bu qərardadırlar ki, həmin məqsədə çatmaq üçün siyasi İslamın mehvərlərindən olan hicab aradan qaldırılmalıdır.

Ardını izlə
13 fevral, 2011
Qum, Haqq Yolu EMİ
Comment