0
Saturday 2 January 2021 - 09:56

Yüksək rütbəli rus zabiti: “General Süleymani qurduğu orduyla terrorçuları darmadağın etmişdi” MÜSAHİBƏ

Story Code : 907492
Yüksək rütbəli rus zabiti: “General Süleymani qurduğu orduyla terrorçuları darmadağın etmişdi” MÜSAHİBƏ
Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak etmiş yüksək rütbəli rus zabiti Şəhid General Qasim Süleymani ilə görüşü, onun şəxsiyyəti, habelə xarakteri və əxlaqı barəsində öz xatirələrini bölüşüb.
Suriyada İŞİD və digər terrorçulara qarşı əməliyyatlarda iştirak edən Rusiyanın yüksək rütbəli zabiti Yevgeni Qonçarov İRNA xəbər agentliyinə müsahibəsində Şəhid Hacı Qasimlə bağlı xatirələrini bölüşüb. Suriyanın İordaniya ilə sərhəd ərazisində yerləşən Əbu-Düxur məntəqəsinin qaçqın düşərgəsinə baş çəkərkən amerikalı hərbiçilər onun bu məntəqəyə girişinə mane olurlar. Lakin o, həmin məntəqədə olan General Hacı Qasim Süleymani ilə görüşür. Bu qısa görüş onun və ətrafındakıların General Süleymaninin populyarlığı, nüfuz və etimadının təsiri altına düşməsinə səbəb olur.
Qonçarov Suriyada Qasim Süleymani ilə görüşünün beş il öncəyə təsadüf etdiyini və şəhid Süleymaninin qısa zaman ərzində öz şücaəti və qabiliyyəti ilə onun qəlbini ovsunladığını bildirir.
İran və Suriyanın qəhrəman generalı
Rusiyalı zabit General Süleymani ilə görüşü barəsində deyir:
“Mən 2015-ci il, 2017-ci il və 2018-ci illərdə bir neçə dəfə Suriyaya səfər etmiş və bu səfərlər əsnasında terrorçulara qarşı əməliyyatlarda xüsusi təyinatlı qüvvələrin komandiri vəzifəsini icra etmişəm. Bu səfərlərin birində belə qərara gəldik ki, Suriyanın İordaniya ilə sərhəddində yerləşən Əbu-Düxur məntəqəsindəki qaçqınlar düşərgəsinə baş çəkək və bu düşərgədə bəzi vəzifələrimizi icra edək. Ancaq orada olan amerikalı hərbçilər bizim bölgəyə girişimizə mane oldular”.
Qonçarov açıqlamalarının davamında bildirir: “Amerikalıların qurduğu nəzarət-buraxılış məntəqəsindən 200 metr aralıda bir neçə “Cip” dayanmışdı, “Cip”lərin kənarında isə bir qrup şəxs oturmuşdu. Onlardan biri əmin halda bizə qəhvə içməyi təklif etdi və bizim tərcüməçidən nə istədiyimizi soruşdu. Biz də amerikalıların nəzarət-buraxılış məntəqəsindən keçə bilmədiyimizi bildirdik. Orada olanların arasında aram halda oturan (sonralar onun Qüds ordusunun generalı Qasim Süleymani olduğunu öyrəndik) şəxs tərcüməçiyə bu problemi həll edə biləcəyini bildirdi. Sonra da verdiyi sözə əməl etdi. General Süleymani son dərəcə şücaət və cürətlə amerikalı hərbiçilərin yanından keçib getdi. Onun rəftarından nə qədər əzəmətli bir şəxs olduğu çox aydın sezilirdi. O, “İraq Hizbullah”ına aid bir neçə hərbçi ilə birlikdə bizi amerikalı hərbiçilərin yanından keçirdi. Beləcə biz də öz vəzifəmizi yerinə yetirə bildik.
Mən tərcüməçidən bu şəxsin kim olduğunu soruşdum. O, bildirdi ki, bu şəxs iranlıdır və iki ulduza malik generaldır. Biz Qasim Süleymani ilə təxminən 20 dəqiqə söhbət etdik və onun xatirəsi mənim qəlbimdə əbədiyyətə qədər qalacaq”.
Həmin gün “İraq Hizbullahı”na aid bir neçə hərbçi və Qasim Süleymani tərəfindən Y.Qonçarova müqəddəs Quran hədiyyə olunur. Quranın birinci səhifəsində hədiyyənin verilmə tarixi, yəni 2015-ci ilin mart ayının 2-si yazılmışdı. Bu həmin tarixdir ki, rus zabiti Qasim Süleymani ilə görüşmüşdü. Həmin vaxt General Süleymaninin yanında bir qrup suriyalı xüsusi təyinatlı hərbçi olub, onlar rus zabitə Suriya xüsusi təyinatlılarının nişanəsini hədiyyə edirlər.
Qonçarov şəhid general Süleymaninin şəxsiyyəti barəsində deyir: “General Süleymani olduqca aram, eyni zamanda da şücaətli bir şəxs idi. O, digərlərindən üstün olduğunu baxmayaraq, zərrə qədər bunu hiss etdirmirdi, ancaq onun yüksək vəzifəli bir şəxs olduğu tamamilə aydın sezilirdi. Mən demirəm ki, onun dostu idim, ancaq onunla görüşdüyüm 20 dəqiqə məndə elə bir təsir qoydu ki, onu heç vaxt unutmayacağam. O, İranın və Suriyanın qəhrəmanı idi”.
Şəhid Süleymaninin köməyi sayəsində rus pilotu terrorçuların əlindən xilas oldu
Rus zabiti şəhid general Süleymaninin tabeçiliyində olan hərbiçilərlə birlikdə öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdiyinə işarə edərək bildirir:
“General Süleymani nəinki Suriya və İraqda terrorçuların kökünü kəsmək üçün rəşadətlə mübarizə aparırdı, o, hətta öz nüfuzu ilə biz ruslara belə müh aribənin olduqca həssas anlarında terrorçulara qarşı öz yardımını əsirgəmirdi. Rusiyaya məxsus bir qırıcı başqa bir təyyarənin pilotlarına yardım çatdırmaq məqsədilə hadisə yerinə uçur, lakin uçuş əsnasında qırıcı Suriyadakı terrorçular tərəfindən vurulur. Bu anda general Süleymani Rusiyaya köməyini təklif edir. General Süleymani Suriyanın 18-ci xüsusi təyinatlı qüvvələri və bir neçə “İraq Hizbullahı” hərbiçilərinin köməyi ilə əməliyyat keçirir, təyyarə pilotunun cəsədini və vurulmuş qırıcının pilotunu isə canlı olaraq tapırlar. O zamandan general Süleymani Rusiya üçün tanınmış bir şəxsə çevrilir”.
General Süleymaninin Amerikalı qüvvələr tərəfindən alçaqcasına terror edilməsi
Rus zabiti şəhid general Süleymaninin terror edilməsi xüsusunda deyir:
“2020-ci ilin yanvar ayında general Süleymani amerikalı hərbçilər tərəfindən namərdcəsinə terror edildi. Çünki general Süleymani rəsmi bir vəzifə icra edirdi, onun sənədlərində heç bir problem yox idi. Ancaq amerikalılar terrorçulara qarşı dik duran bu qəhrəmanı İrandan və İraqdan olan bir neçə dəyərli şəxslərlə birlikdə terror etdilər. Bu hərəkət çox alçaq bir addım idi və biz bunu heç vaxt bağışlamayacağıq.
General Süleymani həqiqi bir komandir idi. Bu böyük general və onun tabeçiliyində olan qüvvələr Rusiyanın hava qüvvələri tərəfindən azad edilən bütün Suriya şəhərlərində terrorçulara qarşı mübarizədə mühüm rol oynayıblar. Onun göstərdiyi rəşadətlərin heç biri xatirələrimizdən silinməyəcək. Bu böyük general ona görə amerikalıların nifrətinə səbəb olmuşdu ki, o, Suriyada və İraqda böyük və mütəşəkkil qüvvələri darmadağın etməyi bacarmış, böyük bir maliyyə yardımı almadan yerli qüvvələrdən ibarət böyük bir ordu qurmuşdu. Bu ordu ilə də terrorçuları darmadağın etmişdi. Bütün bunlara isə Vaşinqton dözə bilmədi”.
Rusiyada təşkil olunan sərgidə nümayiş olununan və rus hərbiçiləri tərəfindən çəkilmiş Qasim Süleymaninin rəsmləri
Rus zabiti deyir:
“Rus hərbçiləri tərəfindən general Süleymaninin bir neçə rəsm əsəri çəkilib. Onlardan biri də Qerasimov universitetinin məzunu olan Mixayel tərəfindən çəkilmiş rəsm əsəridir. Bu rəsm əsəri kömürlə çəkilib və İran İslam Respublikasının Rusiyadakı səfirinə hədiyyə olunub. Rus zabitinin sözlərinə görə, həmin tablo İrandakı müzeylərdən birində nümayiş olunması üçün Tehrana göndəriləcəkdir. Qonçarov sözünə davam edərək bildirir ki, bu günə qədər Qasim Süleymaninin rəsmi çəkilmiş tablo Moskvanın bir neçə sərgisində, o cümlədən Moskvanın qərbində yerləşən “Patriot” hərbi parkının sərgisində, “Mosvka Millətlər Evi”nin sərgisində və digər sərgi salonlarında nümayişə qoyulmuşdur.
Qonçarovun bildirdiyinə görə, yanvar ayında Suriyanın paytaxtı Dəməşq şəhərində yeni bir sərgi təşkil olunacaqdır və burada da şəhid general Süleymaninin tablosu digər tablolarla birlikdə sərgidə nümayiş olunacaqdır. Bu sərgi Suriyanın başqa 5 şəhərində də təşkil olunacaq. Habelə, digər bir sərgi də Moskvanın cənubundaki hərbi mərkəz “Mous Rengen”də də təşkil olunacaqdır. Burada da general Süleymaninin iki tablosu nümayiş olunacaqdır.
Y.Qonçarov sözlərinə davam edərək deyib:
“Keçən ayda terrorizmlə mübarizə aparan üç ölkənin, - İran, Suriya və Rusiyanın bayraqları Qafqaz sıra dağlarında yerləşən Avropanın ən uca zirvəsi sayılan Elbruz zirvəsində sancılmışdır”.
2020-ci ilin yanvar ayının 3-də cümə gününün səhər çağında general Qasim Süleymani və onunla birgə olan şəxslər Bağdad aeroportunda terrora məruz qalaraq şəhadətə yetiblər. Amerika prezidenti Donald Trampın göstərişi ilə Amerikaya məxsus qırıcılar vasitəsilə törədilən terror aktında “İraq Hizbullahı”nın komandiri və Həşdi-Şəbinin (İraq könüllülər ordusu, - red.) komandir müavini Əbu Məhdi Mühəndis və bir neçə iraqlı hərbçi də şəhadətə qovuşub.
Comment