0
Tuesday 20 September 2011 - 12:31

BMT-də İsrailə etiraz jesti

Story Code : 100010
BMT-də İsrailə etiraz jesti
BMT-də İsrailə etiraz jesti
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrail xarici işlər nazirinin müavininin çıxış etdiyi salonu tərk edib. BMT-də keçirilən Terrorla Beynəlxalq Mübarizə Simpoziumu əsnasında İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun çıxışından əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu zaldan çıxıb.
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlunun bu addımı İsrailə etiraz məqsədi daşıyıb.
Qeyd edək ki, Danni Ayalon ötən il “Qurdlar Vadisi” teleserialında İsrail səfirinin vurulması səhnəsinə etirazla bağlı İsrail Xarici işlər Nazirliyinə dəvət edilən Türkiyə səfirini alçaq kresloda oturmağa dəvət etməsi ilə yadda qalıb. O, jurnalistlərə bunu qəsdən etdiklərini söyləyib. Bu, həmin vaxt gərginləşməkdə olan İsrail-Türkiyə münasibətlərində növbəti böhrana yol açıb.
Comment