Zelenski Gürcüstan, Slovakiya və Portuqaliyadakı səfirlərini istefaya göndərib
Story Code : 1001078
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, sənəddə Portuqaliya, Slovakiya, Yeni Zelandiya və Livana yeni səfirlərin təyinatından da bəhs edilir.
Bildirilir ki, Zelenski diplomatları fəaliyyət göstərdikləri ölkələrin hakimiyyətlərini anti-Rusiya sanksiyalarına qoşulmağa inandıra bilmədikləri üçün və qeyri-məhsuldar işlərinə görə istefaya göndərmək qərarına gəlib.
Bundan əvvəl bildirilib ki, Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu qeyri-peşəkarlığına görə, həmçinin Rusiya hərbi xüsusi əməliyyatının başlamasından sonra qurumun bəzi yüksək rütbəli əməkdaşlarının öz vəzifələrini tərk etdiklərinə görə, işdən çıxarılmasını planlaşdırır.