0
Monday 27 June 2022 - 08:50

İraqın baş naziri vasitəçilik məqsədilə İran və Səudiyyə Ərəbistanına gedib

Story Code : 1001361
İraqın baş naziri vasitəçilik məqsədilə İran və Səudiyyə Ərəbistanına gedib
SalamNews xəbər verir ki, Mustafa əl-Kazimi ötən gün Səudiyyə Ərəbistanına bir neçə saatlıq səfərdən sonra Tehrana gedib.

Ciddədə Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla görüşdən sonra o Tehrana gedib və burada prezident İbrahim Rəisi, eləcə də xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüb.

Hüseyn Əmir Abdullahiyan bu görüşdə Tehranla ər-Riyad arasında səfirliklərin açılması və səfirlərin qayıtmasını istəyib.

Bildirək ki, bu səfərdən məqsəd qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə etmək və İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası istiqamətində vasitəçilik addımları atmaqdır.

Qeyd edək ki, İranla Səudiyyə Ərəbistanın diplomatik əlaqələri 2015-ci ildən dayanıb.