SalamNews RT-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimr Zelenski ötən axşam etdiyi çıxışında deyib.
O bildirib ki, Suriya hökumətinin “DXR” və “LXR”-nı tanımasına görə bu ölkə ilə diplomatik əlaqələr tamamilə dayandırılıb.
Zelenski əlavə edib ki, Suriya hökuməti və onun müttəfiqi Rusiyaya beynəxalq təzyiqlər daha da artacaq.
Qeyd edək ki, rəsmi Dəməşq “DXR” və “LXR”-i tanıyan ilk dövlətdir.