0
Thursday 30 June 2022 - 10:45

Çin: Saxta Amerika demokratiyası 1% azlıq üçündür

Story Code : 1001924
Çin: Saxta Amerika demokratiyası 1% azlıq üçündür
Çin Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistin bir anket nəticələrinə işarə ilə "Amerikalıların çoxu öz ölkələrini demokratik hesab etmir, siz bu barədə nə düşünürsünüz" sualına cavab olaraq deyib:
"Bu nəticələr göstərir ki, amerikalıların əksəriyyəti bu demokratiyanın azlıqlara xidmət etdiyini düşünür"

O əlavə edib: “Azlıqları hökumətə bağlayan puldan başqa bir şey deyil. Hətta bir əsr öncə ABŞ senatoru Mark Hannah bu fikri söylədi: "Siyasətdə iki şey önəmlidir. Birincisi puldur, ikincisini xatırlamıram".

“ABŞ-da 40 milyondan çox insan yoxsulluq içində yaşayır. ABŞ-dakı bütün ev təsərrüfatlarının təxminən beşdə biri Covid-19 epidemiyası zamanı itirdiklərini söylədi. “Və 60 mindən çox insan evlərini itirməsi nəticəsində küçələrdə yatmağa məcbur olub”.


O, əlavə edib: “Amerika tipli demokratiyanın saxta demokratiya olduğu deyilməsi təəccüblü deyil. ABŞ hökuməti ABŞ əhalisinin bir faizinə məxsus bir hökumətə çevrildi və ondan faydalananlar da elə bu bir faizdir.
“ABŞ-ın sonda öz xalqının etibarını itirmə nəticəsi ilə qarşılaşması qaçılmazdır”.