0
Thursday 30 June 2022 - 21:25

Çin: NATO-nun əlləri dünya xalqlarının qanına bulaşıb

Story Code : 1002031
Çin: NATO-nun əlləri dünya xalqlarının qanına bulaşıb
Məhz NATO dünyada sülh və sabitliyə meydan oxuyur və onun əlləri dünya xalqlarının qanına bulanıb.

Çin NATO-nun son "Strateji Konsepsiya" sənədində, Çinin hərbi gücünü NATO-ya təhdid adlandıran xəbərdarlığını tamamilə əbəs adlandırıb və onu sərt tənqid edib.

NATO-nun Madriddə keçirilən sammitindən sonra, rəsmi Pekin belə bir cavab verib.

Sammitdə NATO həmçinin qeyd edib ki, Çinin Rusiya ilə daha sıx əlaqələri Qərbin maraqlarına ziddir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian bildirib ki, NATO-nun sözdə yeni strateji konsepsiyası faktlara məhəl qoymur, ağı qara ilə qarışdırır.  Bu Çinin xarici siyasətini ləkələyir və Çin buna qəti şəkildə qarşıdır.