0
Monday 4 July 2022 - 11:18

İsrail: Hizbullah işğal olunmuş ərazilərdə həssas bölgələri hədəf alma gücünə sahibdir

Story Code : 1002641
İsrail: Hizbullah işğal olunmuş ərazilərdə həssas bölgələri hədəf alma gücünə sahibdir
Bu barədə İsrail mediası məlumat yayıb ki, Hizbullahın İsrailin pilotsuz təyyarələrini vurmaqda məqsəd onlara, siz bizim tələblərimizə cavab verməlisiniz mesajını çatdırmaq olub.

İsrail Hizbullaha qarşı mövqeyini gücləndirmək kimi niyyəti olmasa da öz mövqeyində israrlıdır.

İsrail mediası, həmçinin Təhlükəsizlik aparatının Hizbullahın digər hücumlarından narahat olduğunu bildirərək qeyd edib ki, İsrail necə cavab vermək problemi ilə üzləşib və iki variant var ya gələcək əməliyyatlara hazırlaşmalı, ya da Hizbullahla mövqelərini gücləndirmək riskini qəbul etməlidir.

Həmçinin üç Hizbullah pilotsuz uçan aparatının ələ keçirilməsi də HƏMAS-a təhlükəsizlik yaratma səyləri ilə üst-üstə düşür.

Hizbullah hücuma cavab olaraq mesajında, biz dronları göndərə bilirik, lakin başqa alətlər var ki, onlar yerləşdirildikdə qaz platformasında necə ciddi ziyanlara səbəb olacağını bilirsiniz deyə vurğulayıb.

Bununla bağlı sionist rejimin ehtiyatda olan zabiti Əmir Ovi elan edib ki, Bilməliyik ki, Hizbullah münaqişə və ya uğursuzluqdan qorxmur və daha böyük döyüşə hazırlaşır.
Mən gələcək hadisələrdən çox narahatam, Livan Hizbullahı yüzlərlə pilotsuz təyyarə ilə İsraildəki strateji hədəflərə eyni anda hücum edə bilmə gücünə sahibdir.
Fikirləşin ki, o, Hayfa limanına doğru 100 dron vurur. Qeyd edib ki , Son on ildə Hizbullah pilotsuz təyyarələrinin sayını 50-dən 2000-dən çox artırıb.