Yəməndə silah anbarında partlayış olub, 6 nəfər ölüb
Story Code : 1002919
APA “Anadolu”ya istinadən xəbər verir ki, hadisə zamanı daha 30 nəfər xəsarət alıb. Yerli sakinlər partlayışın silah ticarəti ilə məşğul olan şəxsin üçmərtəbəli evində baş verdiyini, ölən və yaralananların yaxınlıqdakı valyuta məntəqəsində maaşlarını almağa hazırlaşan şəxslər olduğunu deyiblər.