0
Wednesday 6 July 2022 - 16:40

Rusiya: NATO Ukraynadakı gərginliyə son qoymaq niyyətində deyil

Story Code : 1003091
Rusiya: NATO Ukraynadakı gərginliyə son qoymaq niyyətində deyil
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Aleksey Zaitsev Finlandiya və İsveçin NATO-ya üzvlüyü və ittifaqın genişləndirilməsi ilə bağlı xəbərdarlıq edib.

Moskvada mətbuat konfransı zamanı Zaitsev bildirib ki, NATO liderlərinin iyunda Madriddə keçirilən görüşü Qərb ölkələrinin Ukraynadakı gərginliyə son qoymaq niyyətində olmadıqlarını göstərdi.

“Ryanvosti” saytının məlumatına görə, o, bu barədə belə deyib ki, “Qərb Ukraynada vəziyyətin daha da gərginləşməsi hədəfini tərk etmək fikrində deyil.
NATO-nun iyunun 28-29-da keçirilən sammitində də bu məsələ öz təsdiqini tapıb.

Rusiya rəsmisi NATO liderlərinin Kiyevə hərbi yardımı artırmaq qərarını tənqid edərək, Qərbin Ukraynaya irimiqyaslı silah tədarükünü artırdığını bildirib. Rəsmi Moskva Ukraynanın Avropalı müttəfiqlərinin bu ölkə hakimiyyətini hərbi əməliyyatlara təşviq etdiyini vurğulayıb.