0
Monday 11 July 2022 - 22:20

Yəməndə hər iki saatda bir ana və 6 körpə həyatını itirir

Story Code : 1003801
Yəməndə hər iki saatda bir ana və 6 körpə həyatını itirir
İslamazeri.com xəbər verir ki, Qırmızı Xaç rəsmilərindən Bəşir Ömər şənbə günü axşam RT telekanalına müsahibəsində Yəməndəki dəhşətli humanitar vəziyyət barədə məlumat verib.

Qırmızı Xaç rəsmisi beynəlxalq ictimaiyyətdən Yəmən xalqını tək qoymamağı xahiş edib:

"Yəməndə humanitar vəziyyət ağlasığmaz dərəcədə ağırdır. İş o yerə çatıb ki, bu ölkə əhalisinin üçdə ikisi əsas səhiyyə xidmətlərindən məhrumdur".

Yəməndəki müharibənin 8-ci ilinin əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsi bu yaxınlarda bir hesabat dərc edərək, Yəmənin 30,5 nəfərlik əhalisinin təxminən 66%-nin əsas səhiyyə xidmətlərindən məhrum olduğunu açıqlayıb.

Bundan əlavə, o, tez-tez tibbi yardıma ehtiyacı olan insanların ölkədə fəaliyyət göstərən tibb mərkəzlərinin 51%-nə çatmaq üçün həyatlarını riskə atdığını bildirib.

Hesabatda həmçinin, bu böhranın qadınlar və körpələr arasında güclü şəkildə hiss edildiyi və Yəməndə doğuşların 50%-dən azının tibbi xidmət mütəxəssislərinin nəzarəti altında baş verdiyi, hər iki saatda bir ana və altı körpənin öldüyü bildirilib.