0
Sunday 24 July 2022 - 10:15

Seyid A.Musəvi: Heç bir divar əbədi olaraq möhkəm qalmaz

Story Code : 1005752
Seyid A.Musəvi: Heç bir divar əbədi olaraq möhkəm qalmaz
SəhərAzəri-nin məlumatına əsasən, səfir Seyid Abbas Musəvi sionist rejimin Livan və İordan çayının qərb sahili ilə sərhəddə divar tikməsinə cavab olaraq sionistlərə tarixdən dərs almalarını məsləhət görüb.  

O, Tvitterdə sionist divarların bəzi fotolarını əlavə edərək yazıb: “Təxmin edin, bu hündür divarlar dünyanın hansı hissəsinə aiddir, bəli; Bu, dünyanın ən böyük həbsxanasıdır. Tarixin göstərdiyi kimi, heç bir divar əbədi olaraq möhkəm qalmaz. Tarixdən dərs almaq lazımdır”.

Qeyd edək ki, son zamanlar İsrail rejimi müqavimət qruplarının sionist bölgələrə sızmasının qarşısını almaq üçün Livan sərhədi yaxınlığında və İordan çayının qərb sahilinin bəzi yerlərində hündür divarlar inşa edib, hazırda isə Livanla sərhəddə yerləşən Mitula şəhərinin ətrafında divar çəkməyi planlaşdırır.

Bu məsələ sionist mühacirlər, o cümlədən sionist “Əl Mətlə” qəsəbə sakinlərinin qəzəbinə səbəb olub.

Sionist mühacirlər deyirlər ki, bu şəraitdə yaşamaq daha çox həbsxanada yaşamağa bənzəyir.

Mitula şəhərinin yerli şurasının üzvü Lior Bis İsrail televiziyasına müsahibəsində bildirib ki, 9 metrlik divarla əhatə olunmuş qəsəbə daxilində həyat çox qorxuludur.