0
Wednesday 19 August 2009 - 13:07

İSVEÇLI YAZAR İSRAIL REJIMINI AYAĞA QALDIRDI

Story Code : 10087
İSVEÇLI YAZAR İSRAIL REJIMINI AYAĞA QALDIRDI
Aftonbladet adlı İsveç qəzetinin Donald Bostrom adlı müəllifinin "Onlar bizim uşaqlarımızın orqanlarını oğurlayırlar" başlıqlı məqaləsi sionistləri bu müəllifi antisemitizm (yəhudiliyə qarşı dözümsüzlük) ilə ittiham etməyə vadar edib.

İsveçli yazarın fələstinli şahidlərin dilindən yazdığı isə budur: "Birinci intifada dövründə İsrail əsgərlərinə daş atan bir neçə fələstinli uşaq güllələnərək yaralı halda vertolyot ilə hadisə yerindən uzaqlaşdırılmış. Beş gün sonra isə döş qəfəsinin kəsilmiş iç orqanları isə götürülmüş halda ailələrinə təhvil verilib".

Bundan başqa “Nablusllu Xalidin, Cəninli Rəədin anasının və Qəzzadan Mahmud və Nəfəsin əmisinin "Oğullarımızın yoxa çıxmasından sonra orqanları çıxarılmış halda bizə təhvil verildi"-cümlələri də qəzetdə dərc edilib.

Sionistlər artıq bu yazarın həbs edilməsi üçün İsveçin Xarici İşlər Nazirliyinə də müraciət ediblər.

Lakin ABŞ-da İsrailə bağlı bir neçə yəhudi hahamının orqan satışına görə həbs edilməsi İsraildə bu alverə meylin olmasından xəbər verir.
Source : İslam-Azeri.az
Comment