0
Wednesday 19 August 2009 - 13:13

MOLLA ÖMƏR HƏBS EDILIB

Story Code : 10088
MOLLA ÖMƏR HƏBS EDILIB
Pakistan xüsusi xidmət orqanları “Taliban” hərəkatının ali rəhbərliyinin üzvlərindən olan Molla Öməri həbs edib. O, Əfqanıstan sərhədində yerləşən Cənubi Vəziristan əyalətində avtomobillə hərəkət edərkən həbs olunub. Molla Ömər “Taliban”ın Pakistandakı rəsmi nümayəndəsidir və hərəkat daxilindəki nüfuzlu şəxslərdəndir.
Pakistan rəsmilərinin məlumatına görə, Molla Ömər Pakistan “Taliban”çılarının lideri Beytulla Məsudun öldürüldüyünü təsdiqləyib. Pakistan xüsusi xidmət orqanlarının məlumatına görə, o, bu ayın əvvələrində Pakistanın qərbində ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinə məxsus pilotsuz uçan aparatın zərbəsi nəticəsində öldürülüb.
Molla Ömər “Taliban”ın Pakistanda son sutka ərzində həbs edilən ikinci “Taliban” lideridir. Hərəkatın iri dəstələrindən birinin komandiri Kari Seyfulla da yaralı vəziyyətdə gizli xəstəxanalardan birində müalicə olunarkən edilmişdi.
Hər iki “Taliban” lideri hazırda dindirilir və onların ifadələri alınır.
Source : Faktxeber.com
Comment