0
Sunday 14 August 2022 - 10:54

Reuters: 13 Çin təyyarəsi Tayvan boğazını keçib

Story Code : 1009122
Reuters: 13 Çin təyyarəsi Tayvan boğazını keçib
APA-nın xəbərinə görə, bu barədə “Reuters“ ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Pekin iddia etdiyi ada yaxınlığında hərbi fəaliyyətlərini davam etdirir”,- deyə nazirlik bildirib.

Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində adaya planlaşdırılan səfərlə bağlı bəyanatından sonra gərginləşməyə başlayıb.