0
Tuesday 16 August 2022 - 10:11

Suriyada ABŞ qüvvələrinin olduğu mövqelərə ardıcıl olaraq hücum edilib

Story Code : 1009424
Suriyada ABŞ qüvvələrinin olduğu mövqelərə ardıcıl olaraq hücum edilib
SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, yerli mənbələr ötən gün Dirazzurda Fəratın şərqində ən böyük neft yatağı yaxınlığında ABŞ qüvvələrinin olduğu mövqelərə raketlərlə hücumun edildiyini bildiriblər.

Hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.

Məlumata görə hücumdan sonra bölgəyə təcili tibbi yardım maşınları gedib.

Qeyd edək ki, ABŞ və separatçı kürd birləşmələri 2014-cü ildən başlayaraq bölgədə İŞİD-lə mübarizə adı altında Fəratın şərqini və ət-Tənif bölgəsini zəbt ediblər.