0
Monday 19 September 2022 - 12:33

İran Pelosinin Ermənistana səfərinə münasibət bildirib

Story Code : 1015120
İran Pelosinin Ermənistana səfərinə münasibət bildirib
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına xidmət etmədiyini bildirib.

“Biz gərginliyi qızışdırmağı region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük, çünki regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu İslam Respublikasının prinsipial siyasətidir. Bu yanaşmadan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmağı qəbul etmirik”.