0
Saturday 24 September 2022 - 11:24

Van İ: ABŞ-ın Tayvana qarşı hərəkətləri Çinin suverenliyinə xələl gətirmək cəhdidir

Story Code : 1015905
Van İ: ABŞ-ın Tayvana qarşı hərəkətləri Çinin suverenliyinə xələl gətirmək cəhdidir
Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşündə Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ deyib.

"ABŞ-ın Tayvan məsələsində Çin tərəfinə açıq siyasi öhdəliyi var. İlkin olaraq buna üç Çin-ABŞ birgə kommünikesi daxildir, sonuncusu hazırkı administrasiyanın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dəfələrlə bəyan etməsidir. Lakin ABŞ-ın addımları buna qarşı çıxır, dövlətin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə çalışır, Çinin böyük dinc birləşməsinə mane olur, Tayvanın köməyi ilə onu idarə etməyə çalışır", deyə nazir bildirib.

SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, nazir Tayvan məsələsinin Çinin daxili işlərinə aid olduğunu və ABŞ-ın onun həllinə qarışmaq hüququna malik olmadığını da açıqlayıb.

Van İ qeyd edib ki, Tayvanın müstəqillik istəyi sülh yolu ilə nizamlanma ehtimalını ciddi şəkildə azaldır.

"Sülh nizamlanması Tayvanın müstəqilliyi ilə bir araya sığmır. Müstəqillik çağırışları nə qədər çox olarsa, sülh yolu ilə nizamlanma ehtimalı da bir o qədər azalar”, deyə nazir əlavə edib.