0
Saturday 24 September 2022 - 17:20

Feysal Miqdad: Qərbin Ukraynaya dəstəyi müharibəni şiddətləndirir

Story Code : 1015971
Feysal Miqdad: Qərbin Ukraynaya dəstəyi müharibəni şiddətləndirir
Sputnik xəbər agentliyinin verdiyi məlumata əsasən, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad BMT Baş Assambleyasının iclasında etdiyi çıxışda deyib:ABŞ və Qərb ölkələrinin Ukraynaya davamlı dəstəyi Ukrayna xalqının əzab-əziyyət çəkməsinə bu ölkədə hal-hazırda gedən müharibədənin şiddətlənməsinə və uzanmasına səbəb olur.

Belə düşünürəm ki, Amerika və onun müttəfiqləri son Ukrayna vətəndaşı öldürülənə kimi müharibəni davam etdirmək niyyətindədir.
O əlavə edib ki, biz Ukraynadan taxıl ixracı sazişinin dünya bazarlarına çıxarılması planını təsdiq edirik. Qeyd etmək laızmdır ki, hal-hazırda inkişaf etməkdə olan ölkələrin hazırkı ərzaq problemlərinə Qərb dövlətləri cavabdehdir.