0
Sunday 25 September 2022 - 12:46

Zelenski İsrailin Ukraynaya silah göndərmədiyinə görə heyrət içində olduğunu deyib

Story Code : 1016075
Zelenski İsrailin Ukraynaya silah göndərmədiyinə görə heyrət içində olduğunu deyib
Reuters xəbər agentliyinin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski bu ilin fevralından Aİ-ə üzv ölkələrə məktub yazaraq, fərqli sahələrdə ehtiyacları olan silah-sursat istəyini bildirir.

Bu dəfə O, İsrailin Qəzzada fələstinlilərin atdığı raketlərin qarşısını almaq üçün tez-tez istifadə etdiyi Dəmir Qübbə sistemini İsraildən xahiş edib.

Zelenski deyib ki, İsrailin başına nə gəldiyini bilmirəm. Lakin açıq və səmimi deməliyəm ki, heyrəy içindəyəm çünki niyə bizə hava hücumundan müdafiə sistemlərini verə bilmədiklərini başa düşə bilmirəm.

Zelenski bu sözləri çərşənbə günü fransız jurnalistlərə müsahibəsində deyib, lakin Ukrayna prezident ofisi bu müsahibəni şənbə günü dərc edib.

Zelenskinin bu bəyanatları keçmiş bəyanatlarına nisbətdə daha ciddi idi. O, Kiyevə silah göndərməkdən imtina etməkdə İsraili tənqid etdiyi ərəfələrdə, İsrail Ukraynaya lazım olan həddə yardım edəcəklərini vəd verirdilər.