0
Monday 26 September 2022 - 20:30

Demokratların yarıdan çoxu Co Baydenin prezidentliyə namizədliyini dəstəkləmir

Story Code : 1016281
Demokratların yarıdan çoxu Co Baydenin prezidentliyə namizədliyini dəstəkləmir
Moderator.az Azərtac-a istinadla xəbər verir ki, ABC telekanalının və "The Washington Post" qəzetinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, bu ideya demokratların 56 faizi tərəfindən müsbət qarşılanmır.

Eyni zamanda "Co Baydenin 2024-cü ildə ikinci müddətə prezidentliyə namizəd irəli sürməsini istəyirsinizmi" sualına respondentlərin 35 faizi "hə" cavabını verib, rəyi soruşulan şəxslərin 9 faizi isə bu barədə fikirlərini dəqiqləşdirmədiyini deyib.

Sorğuda iştirak edən respublikaçıların isə 47 faizi ABŞ-ın sabiq prezidenti Donald Trampın namizədliyinin lehinə, 46 faizi əleyhinə rəy bildirib, 7 faizi isə cavab verməkdə çətinlik çəkib.

Birləşmiş Ştatlar Prezidenti Co Bayden sentyabrın 19-da CBS telekanalına müsahibəsində 2024-cü ildə dövlət başçısı postuna keçiriləcək seçkilərdə iştirak etmək istədiyini, lakin bu məsələ ilə bağlı yekun qərar verməyin hələ tez olduğunu bildirib.

Sentyabrın 18-dən 21-dək keçirilən sorğuda minə yaxın amerikalı iştirak edib.