Kissinger: Ukraynanı NATO-ya qəbul etmək düzgün addım deyil
Story Code : 1017258
O deyib ki, gec ya tez Qərb və Rusiya dialoqa getməlidir. 99 illik veteran amerikalı diplomat Henri Kissinger Beynəlxalq Münasibətlər Şurasının analitik mərkəzinə danışarkən iddia edib:
Vaşinqton Berlin divarının yıxılmasından sonra Sovet blokunun bütün keçmiş üzvlərini öz çətiri altına daxil etmək və Avropanın mərkəzi ilə Rusiya sərhədi arasındakı bütün ərazinin yenidən qurmağa cəhdləri başladı.
ABŞ-ın keçmiş xarici işlər naziri qeyd olunan hadisələrin Rusiyanın tarixi təhlükəsizlik kəmərini əsaslı şəkildə aradan qaldırdığını bəyan edib.
O deyib ki, Rusiyanın nöqteyi-nəzərindən ABŞ istisnasız olaraq bütün regiona Amerikanın rəhbərlik etdiyi strateji sistemə inteqrasiya etmək üçün mübarizə aparırdı.
Kissinger sözlərinə əlavə olaraq qeyd edib ki, “ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək siyasəti ağıllıca deyil”.