0
Wednesday 28 September 2011 - 23:59

Avtomobil sürdüyü üçün 10 şallaq vuruldu

Story Code : 102279
Avtomobil sürdüyü üçün 10 şallaq vuruldu
Avtomobil sürdüyü üçün 10 şallaq vuruldu
Islam times.org/az/ - ABŞ – ın nökərinə çevirilmiş Səudiyyə Ərəbstanı kralının xalqa zülm etməyindən dolayı əhali arasında hakimiyyətə qarşı kin və nifrət hissi artmaqda davam edir.

Hələ ötən ay paytaxt Riyad və krallığın digər şəhərlərində Ali Səuda qarşı etiraz akisyaları keçiməyə başladılar. Etirazların əsas şüarı daxili siyasətində islahatlar keçirməyib qonşu ölkələrdə gedən siyasi proseslərə baş qoşması krallığın İslam dünyasında nüfuzuna xələl gətirməsidir.

Əsas etibarı ilə krallıq Bəhrenynin sülhsevər xalqının üstünə hərbi kontingent də yeritmişdi.

Bunu da qeyd etmək lazımdır ki, Səudiyyə rəhbərliyi İslamn adına əhalinin hüquqlarını pozur və xalqa bunun İslami addım olduğunu təlqin edir. Belə bir hüquq pozuntularından biri də səudiyyəli qadınların avtomobildən istifadə etmələrinə qoyulmuş qadağadır.

İndiyə kimi bir neçə nəfər bu qadağaya qarşı çıxdıqları üçün müxtəlif cəza növünə məhkum olunmuşlar.

“İslamtimes” in verdiyi məlumata görə paytaxt sakini Saima Qassaniyya adlı xanım bu qadağaya etiraz əlaməti olaraq avtomobil istifadə etmişdir. Ali Səud rejiminin qanunlarına zidd hərəkət edən bu xanım sürücüyə 10 şallaq vurmaqla cəzalandırımışlar.
Xatırladaq ki, Saima Qəssaniyyədən qabaq belə bir etirazla çıxış edən digər bir xanım Manal əl-Şərif də eyni cəzaya məhkum edilmişdi.
Translator :
Source : islamtimes
Comment