0
Saturday 19 November 2022 - 07:47

Vaşinqton Polşaya düşən raketi Ukraynaya aid hesab etdiyini təsdiqləyib

Story Code : 1025446
Vaşinqton Polşaya düşən raketi Ukraynaya aid hesab etdiyini təsdiqləyib
“Report” xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə təsdiqləyib.

“ABŞ və Polşa rəsmiləri faktları aydınlaşdırmaq üçün Ukrayna ilə əlaqə saxlayıblar”.

“Biz ictimai şəkildə bildirmişik ki, əldə etdiyimiz məlumat Prezident Anjey Dudanın (Polşa Prezidenti – red.) bunun (raketin – red.), çox güman ki, Ukrayna hava hücumundan müdafiə raketinin, təəssüf ki, Polşaya düşməsi nəticəsində baş verdiyi barədə ilkin qiymətləndirməsini təsdiqləyir”, - Jan-Pyer əlavə edib.