0
Wednesday 23 November 2022 - 14:27

Kabildə məscidə edilən hücumda altı nəfər həyatını itirib

Story Code : 1026375
Kabildə məscidə edilən hücumda altı nəfər həyatını itirib
SalamNews Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin Kabil Polisinin sözçüsü bu gün yerli mətbuata bildirib ki, hücum paytaxtın Xacə-Ruvaş məntəqəsində bir silahlı tərəfindən həyata keçirilib və bu, altı nəfərin ölümü ilə nəticələnib.

Bu hücumu hələ heç bir qrup öhdəsinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda məscidlərə hücumları adətən İŞİD-in ölkə üzrə qanadı “Xorasan Vilayəti” öhdəsinə götürür.