ABŞ nüvə silahı daşıya bilən yeni nəsil “B-21 Raider” bombardmançısı təyyarə təqdim edilib.
APA TASS-a istinadən xəbər verir ki, təqdimat mərasimi “Northrop Grumman” korporasiyasının Kaliforniya ştatındakı zavodunda baş tutub.
Mərasimdə ABŞ müdafiə naziri Lloyd Ostin də iştirak edib.