0
Friday 17 May 2024 - 00:02

Ənsarullah lideri: Qəzzada soyqırımında əsas rol oyanayn Amerikadır

Story Code : 1135614
Ənsarullah lideri: Qəzzada soyqırımında əsas rol oyanayn Amerikadır
Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi bu günki çıxışında bildirib ki, insanların vicdanının oyanması və soyqırımın qarşısının almaq üçün güclü mövqe ortaya qoyması üçün kütləvi qətllər yetərli idi. (Amma bu baş vermədi)

O, əlavə edib ki, Amerika dağıdıcı və öldürücü bombaları ilə Qəzza zolağının əhalisini aclıqdan qırmaq və oblara qarşı soyqırımında böyük rol oynayır.

Əl-Husi bildirib ki, Qəzza zolağında qurbanların dəqiq sayı yoxdur və dərc olunanlar təxmini rəqəmdir.

O, qeyd edib ki, Amerika şəhərləri dağıtmaq üçün güclü bombalara üstünlük verir və bu Amerikanın cinayətkar yanaşmasını göstərir.

Ənsarullah lideri bəyan edib ki, amerikalılar əvvəldən silahlarını elə hazırlayırlar ki, şəhərləri tamamilə yerlə-yeksan etsinlər, həmçinin sakinləri kütləvi şəkildə qırsınlar...
Comment