0
Saturday 1 October 2011 - 23:30

İnqilab rəhbərinin sionizmin hamilərinə xəbərdarlığı

Story Code : 102948
İnqilab rəhbərinin sionizmin hamilərinə xəbərdarlığı
İnqilab rəhbərinin sionizmin hamilərinə xəbərdarlığı
Həzrət Ayətullah Xamenei şənbə günü sübh (9 mehr) Fələstin intifazəsini himayə beynəlxalq toplantısının 5-ci iclasında müsəlman dövləti səfirləri, parlament spikerləri, rəsmiləri, eləcə də dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər və şəxsiyyətlər qarşısında deyib: “Amerika prezidenti deyir ki, İsrailin təhlükəsizliyi qırmızı xətdir. Bu qırmızı xətti kim çəkib? Bu xətt Amerika xalqının mənafelərinə, ya Obamanın şəxsən sionistlərin pul və himayəsinə xidmət edir? Obama ikinci dəfə prezident seçilmək üçünmü bu mövzunu qırmızı xətt sayır? Axı öz millətinizi nə vaxtadək aldadacaqsınız? Amerika xalqı sizlərin bir neçə gün hakimiyyətdə qalmaq üçün sionistlər qarşısında zilləti
qəbul etdiyinizi biləndə, milli mənafeləri sionistlərin mənafeinə qurban etməyinizdən xəbər tutanda nə edəcək?”

Cənab rəhbər deyib: “Bilin ki, Obama və onun kimilərin qırmızı xətti ayağa qalxmış müsəlman millətlər tərəfindən tapdanacaq. Çarəsiz olan müsəlman məmləkətlərində ayağa qalxmış insanlar, gənclərin əzəmətidir. Artıq onlar Amerika, Avropa dövlətləri və onların əlaltısı olan hökumətlərin təhqirinə boyun əymək istəmirlər.”

Ayətullah Xamenei sözünə belə davam edib: “Qərb bu gün iki yol ayrıcındadır. Ya uzun müddətli istibdaddan əl çəkib Fələstin xalqının haqqını tanımalı, sionistlərin anti-humanist planlarını izləməməlidir, ya da yaxın gələcəkdə ağır bir zərbənin intizarında olmalıdır. Bu iflicedici zərbələr təkcə müsəlman
regionunda onlara baş əyən hökumətlərin süqutu deyil. Bu zərbə o zaman yönələcək ki, Avropa və Amerika xalqları yaşadıqları iqtisadi, ictimai, əxlaqi problemlərin səbəbkarı kimi beynəlxalq sionizmi görəcək və öz dövlətlərini sionizmin himayəsinə görə hədəfə alıb, onlar üçün çıxış yolu olmayan bir cəhənnəm yaradacaq.”

İnqilab rəhbəri öz çıxışında Fələstinlə bağlı iki nöqtənin müəyyənləşdirilməsini zəruri sayıb: “Bizim istəyimiz Fələstinin bir hissəsi yox, bütünlüklə azadlığıdır. Biz Fələstinin parçalanmasına hesablanmış bütün layihələri rədd edirik. Fələstinin BMT-yə üzvlüyü pərdəsi altında irəli sürülən layihə yalnız sionistlərin istəklərinə baş əyməkdən ibarətdir.
Bu layihəyə rəy vermək Fələstin xalqının haqqını tapdamaq, tarixi qaçqınlara göz yummaq, 1948-ci ildən bu yana onların hüquqlarını pozmaqdır. Bu layihə İslamın, xüsusi ilə məntəqə xalqlarının cismində xərçəng şişinin daimilik qalmasıdır. Bu, on illər boyu çəkilmiş əzabların təkrarı, şəhidlərin qanının itirilməsidir. İstənilən bir layihədə əsas prinsip “bütün Fələstin bütün Fələstin xalqı üçün” tezisi olmalıdır.”

Cənab rəhbər əlavə edib: “İkinci nöqtə budur ki, ali məqsədə çatmaq üçün söz yox, iş lazımdır. Görüntülərə yox, ciddi addımlara əhəmiyyət verin. Zəruri olan tələsik addımlar yox, səbr və lazımi tədbirlərdir. Uzaq üfüqlərə baxmaq lazımdır, addım-addım əzm və
iradə, təvəkkül və ümidlə irəli gedilməlidir. Müsəlman dövlətlər və xalqlar, Fələstin, Livan və başqa məmləkətlərdəki müqavimət hərəkatları bu işdə öz rolunu müəyyənləşdirib Allahın izni ilə müqavimət hərəkatını davam etdirə bilər.

Ayətullah Xamenei buyurub: “Fələstin probleminin həlli, qədim bir yaranın sağalması üçün İslam respublikasının planı aydın və məntiqidir, dünya ictimaiyyəti tərəfindən qəbul olunur. Biz Fələstində referendum keçirilməsini təklif edirik: Fələstin xalqının da başqa xalqlar kimi öz taleyini müəyyən etmək haqqı var. Onlar öz məmləkətlərinə özləri hakim seçməlidir. Bu referendumda biganə mühacirlər yox, müsəlman, məsihi, yəhudi fələstinlilər iştirak etməlidir. Düşərgələrdə,
ucqar guşələrdə hamı səs verməlidir.”

İnqilab rəhbəri xatırladıb: “Fələstin xalqının müdafiəsində mühüm nöqtə qəsbkar rejimin himayəsindən imtinadır. Bu iş İslam dövlətlərinin vəzifəsidir. Sionizm əleyhinə şüarlar bütün müsəlman ölkələrini bürüdüyü bir vaxtda dövlətlər hansı məntiqlə qəsbkar rejimlə münasibətləri davam etdirir. Fələstin xalqının müdafiəsində sədaqətin sübutu qəsbkar rejimlə açıq və gizli bütün siyasi və iqtisadi rabitələrin kəsilməsidir. İsrail səfirliyi və nümayəndəliklərinin yerləşdiyi dövlətlər Fələstin xalqını müdafiə edə bilməz və onlar tərəfindən anti-sionist şüralar ciddi qəbul edilməməlidir."

"IslamTimes" - Tərcümə şöbəsi
Comment