0
Sunday 25 December 2022 - 11:22
İranın XİN rəhbəri Qərbə xəbərdalıq etdi

Nüvə sazişi üçün danışıqlar qapısı həmişə açıq qalmayacaq

Story Code : 1031924
Nüvə sazişi üçün danışıqlar qapısı həmişə açıq qalmayacaq
SəhərAzəri-nin məlumatına əsasən, İordaniyada keçirilən “Bağdad-2” sammiti çərçivəsində Avropa İttifaqının xarici siyasət üzrə Ali rəsmisi Cozep Borrellə görüşündən söz açan Abdullahiyan, nüvə sazişi ilə bağlı danışıqların qapısının həmişə açıq qalmayacağını yazıb.
“Cozep Borrellə görüşümüzdə razılaşmanın son addımlarının atılması ilə bağlı razılaşdıq. Razılaşma üçün danışıqların qapısı İran tərəfindən açıqdır, amma bu həmişəlik deyil. Ukraynada siyasi həllə təkidlə yanaşdıq. Əbu-Qüreyb həbsxanasında, Quantanamoda, Yəmən və Əfqanıstanda uşaq və qadınlara qarşı cinayətlər Amerikaya icazə vermir ki, digərlərinə möizə etsin”, - deyə Əmir-Abdullahiyan əlavə edib.
 
Source : SaharTV
Tagged
Iran nüvə
Comment