0
Thursday 26 January 2023 - 14:01

Kreml: ABŞ və Almaniya tanklarının tədarükü xüsusi əməliyyatın statusunu dəyişdirməyəcək

Story Code : 1037815
Kreml: ABŞ və Almaniya tanklarının tədarükü xüsusi əməliyyatın statusunu dəyişdirməyəcək
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Dövlət Dumasının deputatı Mixail Şeremet ABŞ və Almaniyanın Ukrayna ordusu üçün tank tədarükü ilə bağlı qərarı fonunda Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının statusunu dəyişməyi təklif etmişdi. O, davam edən hadisələrin artıq adi hərbi münaqişədən kənara çıxdığını söyləyib.

“Bizim gündəmimizdə belə bir mövzu yoxdur, yaxşı olar ki, bəzi detalları cənab Şeremetlə dəqiqləşdirərsiniz”, – deyə Kremlin sözçüsü bildirib.