0
Saturday 28 January 2023 - 21:01

Təl-Əvivin Ukraynaya pərdəarxası yardımını etiraf edib

Story Code : 1038282
Təl-Əvivin Ukraynaya pərdəarxası yardımını etiraf edib
Qərbin Ukraynaya dəstəyi gündən-günə ictimailəşdiyi bir vaxtda sionist rejimin səfiri bu rejimin Kiyevə pərdəarxası dəstəyini etiraf edib.Sionist rejimin yeni səfiri Ron Prozor Almaniyanın “Berliner Morgenpost” qəzetinə müsahibəsində etiraf edib ki, Təl-Əviv Rusiya ilə müharibədə Ukraynaya pərdə arxasından dəstək verir.

Bu sionist rəsmi Moskvanın müxalifəti və bu rejimə xəbərdarlıqları nəzərə alaraq Təl-Əvivin Kiyevə dəstəyindən danışıb və İran silahlarının Ukrayna müharibəsinə göndərilməsi ilə bağlı əsassız iddiaları təkrarlayıb.

Sionist rejimin Almaniyadakı səfiri, bu dəstəklərinin suriyada rusların varlığı ilə yanaşı o qədər də asan  olmadığını iddia edib.

O deyib: "Biz Ukraynaya görünənin qat-qat artığı ilə pərdə arxasında onlara kömək edirik”.

O, Ukraynaya dəstəklərinin nə üçün pərdə axrasından olmasına cavab olaraq, Rusiyada çoxlu sayda yəhudinin olmasını, bu səbəblə sionist rejimin Ukraynaya verdiyi dəstəyin ictimaiyyətə açıqlanmamasının digər səbəbi olaraq vurğulayıb.