Anadolu Xəbər Agentliyinin verdiyi xəbərə görə, Şərqi Asiya səfəri çərçivəsində Tokioya gedən NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə Ukrayna arasındakı münaqişənin yaratdığı qlobal təhlükələrə işarə edərək, NATO ilə Yaponiya arasında əlaqələrin gücləndirilməsinə çağırıb.
NATO-nun baş katibi Tokionun şimalındakı İroma hərbi bazasına səfəri zamanı Ukraynadakı müharibənin hamı üçün vacib olduğunu vurğulayıb.
O əgər Putin Ukraynada qalib gəlsə, bu, faciə olacaq deyib və əlavə edib: "Bu, bütün dünya avtoritar liderləri üçün çox təhlükəli mesajdır.
Hərbi güc tətbiq olunarsa, məqsədə nail ola biləcəyini düşünsünlər.