0
Tuesday 21 February 2023 - 18:42

Çin XİN: ABŞ hegemonluqdan əl çəkməlidir

Story Code : 1042691
Çin XİN: ABŞ hegemonluqdan əl çəkməlidir
APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

"ABŞ əsassız iddialar səsləndirməkdənsə, öz üzərində düşünməli, yanlış təcrübələrini düzəltməli və hegemonluqdan əl çəkməlidir. Bu ölkə digər ölkələrin suverenliyinə hörmət etməli, onlarla sülh şəraitində yaşamalı və "qazan-qazan" əməkdaşlığına çalışmalıdır", o bildirib.

Çin XİN-in təmsilçisi ABŞ-ı beynəlxalq qaydaları və nizamı pozmaqda ittiham edərək, onu "təxribatçı" adlandırıb. "Hegemonluq onun beynəlxalq qaydalara və beynəlxalq məsələlərə yanaşmasının əlamətidir".