0
Monday 24 August 2009 - 23:13

SUDANDA MOSSAD, CİA VƏ DGSE ITTIFAQI

Story Code : 10436
SUDANDA MOSSAD, CİA VƏ DGSE ITTIFAQI
Yəhudi kəşfiyyat qaynaqlarının "Debka" saytına verdikləri məlumatlara görə, MOSAD, CIA və DGSE Sudanda şiəliyin nüfuzunun artmasını maneə törətmək, Bəşir rejimini devirmək və bir-birindən ayrı, müstəqil üç ayrı kiçik dövlət yaratmaq planı üzərində işləyir. Ayrıca olaraq Amerika və İsrail kəşfiyyatı, İranın Sudanı Qırmızı dənizdəki ön cəbhəsi etmək istədiyini iddia etməklə, buna maneə törətmək üçün də sıx şəkildə səy göstərməkdədir. İsrail kəşfiyyatı MOSSAD Sudandakı planlarını həyata keçirə bilmək üçün Çad və Cibutidəki bazalarından da faydalanır.

İbrani kəşfiyyat qaynaqları sionist MOSSADın Sudanda şiəliyin yayılmasına maneə törətmək üçün Afrikada bir qrup qərbli kəşfiyyat orqanlarına qatıldığını qeyd edir. Sionist kəşfiyyata yaxınlığıyla bilinən "Debka" xəbər saytı belə yazıb: "Orada İsrail kəşfiyyatı MOSSADla Amerika kəşfiyyat agentliyi CIA, Fransa xarici kəşfiyyat agentliyi DGSE arasında, şiəliyin qarşısını almaq, Sudanda İranın dəniz flotlarının və kəşfiyyatının təsirinin böyüməsinə maneə törətmək üçün möhkəm köməkləşmə aparır."

Xəbər saytına görə, Afrikada mövcud qərbli kəşfiyyat qaynaqları, bu üç kəşfiyyat vahidinin Sudanı müstəqil və bir-birindən ayrı, üç kiçik dövlətə ayırmaq üçün böyük səy göstərir.

Bəşir rejimini salma planı

"Debka" saytı MOSSAD, CIA və Fransa kəşfiyyatının planının, "radikal İslamçı" olaraq adlandırdığı Ömər Bəşir rejimini devirməyi və Sudanda bir-birindən ayrı və müstəqil üç dövlət yaratmaq qərarı barədə daha çox yazıb.

Aralarında kövrək federal bir rəhbər olacaq bu dövlətcikləri belə sıralamaq mümkündür:

1- İslami Sudan Respublikası: Sudanın mərkəzində və şimalında.
2- Darfur Respublikası: Sudanın qərbindəki Darfur bölgəsində qurulacaq.
3- Cənub Sudan Xristian Respublikası: Sudanın cənubunda yer alıb neftin zəngin olduğu və su qaynaqlarının olduğu bölgələri əhatə edir.

MOSSADın Afrikadakı bazaları

Saytın qaynaqları qərarlaşdırılan bu planın həyata keçirilməsi üçün MOSSADın başqa iki kəşfiyyat xidmətləri bazasıyla da köməkləşdiyini əlavə edib. Bunlardan biri Çadda olan əməliyyatlar bazası, digəri isə Cibutidədir. Vəzifəsi isə Sudandakı qərbli kəşfiyyat orqanları arasındakı koordinasiyanı təmin etməkdir.

"Debka" xəbər saytına görə Çaddakı baza, MOSSADın Afrikada istifadə etdiyi ən məşhur təhlükəsizlik bazasıdır. Çünki bu bazada israilli və fransız kəşfiyyat vəzifəliləri var, Darfur və Cənubi Sudanda nələr olduğunu izləyirlər. Darfurdakı Sudan Qurtuluş Hərəkatı üsyançı qrupu lideri Abdulvahid Məhəmməd Nurun adamları ilə aralarında əlaqələr və ünsiyyət var. Eyni zamanda bu İsrail kəşfiyyat orqanları Sudan prezidenti köməkçisi Salva Kiirə tabe olanlarla da köməkləşir.

Sudanlı üsyançılara sionist dəstək

Bunu da qeqd etmək lazımdır ki, sudanlı qaynaqlar son olaraq Abdulvahid Nurun gizli olaraq İsraili ziyarət etdiyini, bu ziyarəti əsnasında MOSSADın qonağı olduğunu, İsraillə silah və kəşfiyyat baxımından dəstək vermək adına sənədlər silsiləsinə imza atdığına işarə edir. Buna müqabil Təl-Əviv də son zamanlarda Salva Kiirə, Cənubi Sudanla Hartumda rəhbərlikdə olan rejim arasında döyüşün yenilənməsi ehtimalına qarşı təsirli ola bilməsi üçün aralarında tanklar, vertolyotlar və toplar olmaqıa böyük miqdarda silah verib.

Kəşfiyyat mənsubları bundan əvvəl İsrail, Amerika və Fransanın Kiiri Cənub Sudanın gələcəyinə dair 2011-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılan referendum əvvəli kafi qüvvəyə sahib ola bilməsi üçün, şimalla əlaqələrin kəsilməsi və Cənubi Sudanın müstəqil bir dövlət olduğunu elan etməsi anına hazırlıq olsun deyə, silahla təchiz etdiyini açıqlamışdı.
Source : Faktxeber.com
Comment