0
Monday 13 March 2023 - 11:03

Qorxulan oldu: ABŞ-da böyük böhran!

Story Code : 1046438
Qorxulan oldu: ABŞ-da böyük böhran!
“ABŞ-da 2008-ci ildən bəri ən böyük bank uğursuzluğu hesab edilən “Silicon Valley Bank”ı (SVB) xilas etməyəcək, lakin əmanətçilərin ehtiyaclarını ödəmək və böhranın digər möhkəm banklara keçməsinin qarşısını almaq üçün çalışacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Canet Yellen deyib.

Nazir bildirib ki, Amerika bank sistemi təhlükəsiz və yaxşı kapitallaşdırılır: “Vəziyyəti nizamamaq, müvafiq siyasəti hazırlamaq üçün bütün həftə sonu bank tənzimləyiciləri ilə işləmişik. Bir bankdakı problemin sağlam olan digər banklara keçməməsinə əmin olmaq istəyirik. Vəziyyət təxminən 15 il əvvəl yaşanan maliyyə böhranından çox fərqlidir”.

Qeyd edək ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) martın 10-da SVB-yə qəyyum təyin edildiyini açıqlayıb. SVB-nin bu il iflas edən ilk FDIC sığortalı qurum olduğu bildirilir.

SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biri idi.

ABŞ-ın 16-cı ən böyük bankı olan SVB texnologiya sənayesi bankçılığı üzrə ixtisaslaşmışdı.