0
Monday 13 March 2023 - 19:29

Rusiya: Amerika və müttəfiqləri dünyanı nüvə müharibəsinə doğru aparır

Story Code : 1046528
Rusiya: Amerika və müttəfiqləri dünyanı nüvə müharibəsinə doğru aparır
Əl-Cəzirə telekanalının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin döyüşkən hərəkətlərinin təhlükələri barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi açıqlamasında bildirib ki, diplomatiya artıq nüvə müharibəsinin qarşısını almaq üçün məsuliyyət daşıyır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Vaşinqton və müttəfiqlərinin təhrik edici hərəkətləri səbəbindən dünyada nüvə müharibəsi ehtimalının artdığı vurğulanır.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması ilə ABŞ və Avropa ölkələri Ukraynaya külli miqdarda hərbi silah göndərməklə yanaşı, Rusiya ordusunun irəliləməsini dayandırmaq və Ukraynaya dəstək olmaq üçün Moskvaya qarşı sərt sanksiyalar tətbiq edib.