Axar.az Manset.az-a istinadən xəbər verir ki, İngiltərə Baş naziri Rişi Sunak və həyat yoldaşı Akşata Murtinin Nova adlı itlərini paytaxt Londondakı Hyde Parkda gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Polisi açıqlama yayıb.
Açıqlamada parkda olan bir polis məmurunun vəziyyətə müdaxilə etdiyi, baş nazirin xanımı ilə danışaraq qaydaları bir daha xatırlatdığı deyilib.